Qadin.NET / Faydalı məsləhətlər

Faydalı məsləhətlər

Faydalı məsləhətlər
Kəsilmiş ətin ətrafına gicitkən qoyub, nəm əskiyə bükdükdə uzun müddət təzə qalır.
Ət, toyuq, yaxud balıq qızardarkən ətrafa yağ sıçramasın deyə tavaya bir qədər duz səpmək lazımdır.
Günəbaxan yağından istifadə etdikdən sonra qalanını soyducuda saxlamaq lazımdır ki, acılaşmasın.
Faydalı məsləhətlər
Ət nə qədər vam odda bişərsə, bulyon o qədər şəffaf olar.
Soyulmuş almaları limon turşusu olan suya qoysanız qaralmaz.
Bişmiş, ya da hisə verilmiş kolbasanı kəsəndən sonra kəsiyinə yağ və ya limon dilimləri qoyub saxlayırlar ki, kolbasa qurumasın.
Konserv qabını barmaqla basdıqda o yenidən dərha qalxarsa, deməli, konserv xarab olub.
Faydalı məsləhətlər
Qoz ləpəsinin qabığı tez cıxsın deyə onu bir necə dəqiqə isti sobada saxlayın.
Quru çay saxladığınız qabın içinə qızılgül ləcəkləri və ya portağalın qurudulmuş qabıqlarını qoysanız daha ətirli olar.
Elektrik lampasını hər hansı ətir və ya limonla silsəniz, xoş qoxu gələr.
Faydalı məsləhətlər
Şamın çox yanması üçün onu istifadə etməzdən əvvəl bir gün soyducuda saxlayın.
Rənglənmiş otaqdan rəng iyi gəlirsə, bir neçə saat otağa bir baş sarımsaq qoymaq məsləhətdir.
Şüşəyə düşmüş yağlı boya ləkəsini ağ neftlə, qapı dəstəklərindən isə naşatır spirti ilə təmizləmək olar.
Dəridən olan əlcəklər quruyub bərkimişsə, onları gənəgərçək yağı ilə silmək lazımdır.
Ağ ayaqqabını südə batırılmış əski ilə silib təmizləmək yaxşıdır.
Faydalı məsləhətlər
Alüminium qabın içərisi qaralmışsa, ona sirkə qatılmış su töküb qaynadın.
Üstünə rəngli saplarla naxışlar salınmış süfrə və salfetlərin rəngi getməsin deyə onları qatı, duzlu suda islağa qoyub, sonra suda yaxalayıb, adi qayda ilə yuyurlar.
Pambığa ətir hopdurub balaca torbada şifonerdən asdıqda, bütün paltarlardan ətir qoxusu gələr.
Mis və latun əşyaları əvvəl təmizləyib, sonra mum çəkdikdə uzun müddət qaralmır.
1 fevral 2014
GO BACK