-Çantanı buxara verib,dərhal quru parça ilə silmək lazımdır.
-Əl-üz yuyandakı pis qoxunu və ləkəni yox etmək üçün onu duzla təmizləyin.
-Uşaq yeməklərinin vitaminləri itməsin deyə,mütləq şüşə qabda saxlayın.
-Paltar qaynadanda buxarın qarşısını almaq üçün içərisinə bir-iki dəfnə yarpağı atılmış su tökün.
-Kətan paltarınızın rənglərini təzə saxlamaq üçün yuyanda içərisinə sirkə qatın.
-Paltara düşən pivə ləkəsini təmizləmək üçün onu əvvəlcə sabunla ovuşdur,sonra ammonyaklı su ilə yu.
-Kofe ləkəsini təmizləmək üçün onu limon suyuna batırılmış parça ilə sil.
-Əl-üz yuyan çanağının tutulmuş borusunu təmizləmək üçün ora sodalı isti su tök.
-Qazanın dibi yanıbsa,onu bir gecə duzlu suda saxladıqdan sonra yu.
-Uzun müddət istifadə etmədiyin çaydanın içindəki pis iyi yox etmək üçün su qaynadanda içərisinə qənd at.