Qadin.NET / Dolab doludur, amma geyinməli bir şey yoxdur!

Dolab doludur, amma geyinməli bir şey yoxdur!

 Dolab doludur, amma geyinməli bir şey yoxdur!

Əziz qadınlar, sizə bir sual vermək istəyirəm: "Niyə geyim şkafımız dolub daşarkən hələ də geyinəcək heç bir şeyimiz yoxdur" deyirik? Dünyadakı bütün qadınların ortaq problemi budur. Qorxmayın, heç birimiz tək deyilik...
Hər səhər eyni ssenari təkrarlanır, basabas olan dolabımızı açırıq və "Geyəcək heç bir şeyimiz yoxdur" deyirik, dolabı bağlayır, hələ bir əsəbləşirik də. Tanış gəlir, deyilmi? 
O qədər dolu olan şkafımızda paltar tapa bilmirik - səbəb budur. Nəyimiz var, nəyimiz yox, xatırlamırıq. Hətta o qədər çox paltarın içində hər şeyi görə bilmədiyimiz üçün daha əvvəl aldığımız paltarın bənzərini təkrar ala bilirik.
Əslində fikir versəniz, o şkafdakı paltarların yarısını heç geyinmirsiniz. Ya dəbdəb düşdüyünü düşünürük, ya da kökəlirik və paltar əynimizə olmur. Amma biz hələ bir ümid edib o paltarları saxlayırıq.
Bundan başqa bu qədər çox paltarı eyni yerdə qoruyub saxlayarkən bu paltarlar köhnəlmiş hissi bağışlayır, getdikcə sanki büzülür. Beləcə bunları geyinmək üçün həvəsimiz də qaçır. Və buna görə geyinəcək paltarımız yoxdur...

Dolab doludur, amma geyinməli bir şey yoxdur!

Nə etməliyik? Hər səhər günümüzə mənfi təsir edən bu problemdən necə xilas ola bilərik ?
Mağazalarda məhsulları müəyyən bir nizam içərisində görərik. Məhsullar rənglərə görə, üslublara görə ayrılmışdır və məhsulların hamısını asanlıqla görə bilirik. Amma evdəki dolabımızın içini də mağaza nizamına çevirə bilərik.
Əvvəlcə etməmiz lazım olan təcili bir qarderob təmizliyi və formasıdır. Bunun üçün yarım gününüzü ayırmanız şərtdir. Bütün paltarlarınızı yoxlayın, bədəninizə böyük gələn ya da dar gələn bütün paltarları bir kənara ayırın. Yəqin atmaya qıymadığınız bədəninizə olmayan geyimlər qarderobunuzda çoxluq təşkil edir. Unutmayın ki, əgər bir paltarı bir ildir geyinmirsinizsə, onu bir daha geyinməyəcəksiniz. Dərhal başqasına verin.
Modası keçən, geyinməkdən xoşlamadığınız məhsulları da şkafınızdan təmizləyin. Sevdiyiniz və tam bədəninizdə olan paltarlar ilə baş-başa qalın.
Bu mərhələdən sonra qardrobunuzu təşkil və ehtiyaclarınızı müəyyən etmək üçün isə yalnız bir neçə saata daha ehtiyacınız var.
Şkaf hiylələrinizdən necə olmasını istəyirsiniz? Rənglərə görə ayrı-seçkilik, tarzlara görə ayrı-seçkilik, kombinəyə görə ayrı-seçkilik , həyatın müxtəlif sahələrinə görə ayrı-seçkilik, necə istəsəniz elə də edin. Hətta bütün paltarlarınızı nəzərdən keçirdiyiniz üçün eyni anda fərqli kombinə yaratmaq sizə zaman qazandırar.

Dolab doludur, amma geyinməli bir şey yoxdur!

Ayırdığınız və saxlamaq istəmədiyiniz paltarlar üçün kiçik bir təklifimiz var; ya ehtiyacı olan birinə verin ya da kiçik bir oyun oynayın , bunları evininizin salonunda asqıları ilə asın, üzərlərinə kiçik simvolik qiymət yerləşdirin. Yoldaşlarınızı evinizin salonundakı mağazaya çağırın. Bütün qız dostlarınız bunu sırayla etsin. Qazandığınız pul ilə yoldaşlarınızı yeməyə dəvət edin.
Unutmayın; Az həmli və özünüzün olan şkaf idealdır.

5 aprel 2016
GO BACK