Qadin.NET / Salat bəzəmə üsulları(1)

Salat bəzəmə üsulları(1)

Salat bəzəmə üsulları(1)

Tərəvəzlərdən salat bəzədilməsində bir neçə üsuldan istifadə edilir.Bütün bunları öyrədən ingiliscədən curving (curve kəsmək deməkdir)deyilən bir sənət növü vardır.
Bu sənətdə ağaclarda,daşlarda,buzlarda,eləcə də tərəvəzlərdə ornament işləmək,naxışlamaqla məşğul olunur.
Bu yazıda Sizləri tərəvəzlərlə bəzək qoyulmasının sadə formalarından biri ilə tanış edəcəyik.
Xiyardan düzəldilən qısa spirallar salatlar və soyuq yeməklər yanında çox gözəl bir bəzək olur.
Belə spiralları düzəltmək üçün toxumu az olan incə xiyarlar lazımdır.
1-ci addım
Xiyarlar 5-7 sm uzunluqda kəsilir.Sonluq hissələr kəsilib atılır.Hər kəsilmiş xiyarın ortasından taxta çubuq keçirilir.
Salat bəzəmə üsulları(1)

2-ci addım
Kəskin bir bıçaqla çubuğu fırlatmaqla xiyar spiral formasında sonadək kəsilir.
Salat bəzəmə üsulları(1)

3-cü addım
Sonra çubuq çıxarılır və səliqə ilə spiral xiyarın bir ucundan çəkilir.
Salat bəzəmə üsulları(1)

Bu spiral şəkilli xiyarı salatlarda istədiyiniz kimi bəzəyə bilərsiniz.
Salat bəzəmə üsulları(1)
23 may 2009
GO BACK