Qadin.NET / Evimizdəki gizli "düşmənlər"

Evimizdəki gizli "düşmənlər"

Evinizdə hər gün istifadə etdiyiniz və təmizliyində əsla şübhə etmədiyiniz, "günahsız" qəbul etdiyiniz ev əşyalarınızı infarkt,paralic və müxtəlif cür allergiyalara səbəb olan təhlükəli bakteriyalar daşıdığını bilirsinizmi? 
Budur saç fırçalarından balışlara qədər əşyalarınızdakı gizli təhlükələr və mütəxəssislərdən təmizlik yolları: 

 

Taxta qaşıqlar

Evimizdəki gizli "düşmənlər"

 
Plastik və metallardan daha məsaməli quruluşda olan taxta, bakteriyaları daha asan yığır. Mətbəxdə yaşayan kolibasil adlı bakteriya qida zəhərlənmələrinə gətirib çıxarır. Taxta qaşıqlarınızı qabyuyan maşınında yumaq yerinə, dezenfeksiyalıı suda yarım saata qədər saxlayıb qaynar su ilə yuyun, qaralmış olanları isə dəyişdirin.

Diş fırçaları

 

 
Gigiyenik olmayan diş fırçaları ürək böhranları, enmə, oynaq iltihabları və xroniki infeksiyaların ən ciddi səbəblərindən biridir. Stafilokoksi, streptekok, kolibasil, və kandida kimi 10 milyona yaxın ölümcül mikrob daşıyan diş fırçalarını 3 ayda bir dəyişdirmək böyük əhəmiyyət daşıyır.

Hamam dəsmalları

 

Evimizdəki gizli "düşmənlər"


İnsan dərisindən dəsmala keçə bilən streptekok mikrobu, yaralarla təmas edincə infeksiyalara səbəb olur. Hamam dəsmallarını həftədə bir 90 dərəcədə yumaq lazımdır.

Yastıq və yorğan

Evimizdəki gizli "düşmənlər"


Üzünüzü qoymaqdan şübhə etmədiyiniz yastıqlar içlərində elə çox toz saxlayır ki, 3 ildə ağırlıqları iki qatına çıxır. Tozlar, egzama və astmaya səbəb ola bilir; qorunmanın yolu isə yastıqları, bir neçə həftədə bir 60 dərəcədə, yorganları isə 6 ayda bir yumaq.

Saç fırçaları, daraqlar

Evimizdəki gizli "düşmənlər"


Bir kökündə 50 min mikrob tuta bilən və hər fırçalamada mikrob sayı artan saç fırçaları bir neçə adam tərəfindən istifadə edildiyində yoluxucu dəri infeksiyaları yayır. Hər həftə saç fırçalarınızı soyuq suyla yuyun.

Plastik doğrama taxtalar

 

Evimizdəki gizli "düşmənlər"


Kolibasili kimi qidalarla yoluxan bakteriyalardan uzaq dayanmaq üçün, doğrama taxtalarını çiy ətlər üçün ayrı, tərəvəz-meyvələr üçün ayrı istifadə etməkdə fayda var. Dezenfeksiya edən dərmanlar vurulduqdan  sonra, fırçalamaq və qaynar suda yumaq isə böyük əhəmiyyət daşıyır.

Yataqlar

Evimizdəki gizli "düşmənlər"


Ortalama 10 min tozu saxlayar, xüsusilə qızdırmalı və allergik xəstəlikləri yayır. Yataqları hər həftə vakumlayaraq təmizləmək və yataq örtüklərini dəyişdirmək lazımdır.

Qaçış ayaqqabısı

Evimizdəki gizli "düşmənlər"


Qaranlıq və isti yerdə saxlanıldığı zaman dəridə göbələk kimi xəstəliklərə səbəb olan qaçış ayaqqabılarını ayda bir soyuq suyla yuyun.

Tualet fırçaları

Evimizdəki gizli "düşmənlər"


Dəydiyi hər yerə bakteriya yayan tualet fırçalarını 6 ayla 1 il arasında bir müddətdə dəyişdirmək lazımdır.

Mətbəx süngəri



Məsaməli və isti quruluşuyla bakteriyaları 8 saat içində 4 milyona qədər çoxaldırlar. Süngəri dezenfeksiya edicilərlə təmizləndikdən sonra soyuq suda yaxalayın. Süngəri 2 dəqiqə mikrodalğalı sobada gözlətmək də bakteriyaları öldürür.

Qurulamaq bezləri

Evimizdəki gizli "düşmənlər"


Birdən çox yerə təmas edən qurulama dəsmalları mikrobları fərqində olmadan bir çox yerə yayır. Təklif edilən yol isə 90 dərəcədəki isti suda yumaq.

23 dekabr 2010
GO BACK