Kələm alarkən üst yarpaqları saralmış və ya solmuş kələmləri almayın. Kələm çox qaldıqda yarpaqları solur. Bunun qarşısını almaq üçün kələmi buzlu suya salın və bir neçə dəqiqə saxlayın. Yarpaqların yenidən canlandığını görəcəksiniz. Kələmin yarpaqlarını ayırmaq üçün (xüsusilə dolma bükmək üçün) kök hissəni bıçaqla oyaraq ayırın və kələmi başıaşağı isti suyun içərisinə qoyun. 5 dəqiqə saxladıqdan sonra soyuq suya salın. Kələmin yarpaqlarının bir birindən daha asan ayrıldığını görəcəksiniz. Kələm bişirərkən evinizə yayılan qoxunun qarşısını almaq istəyirsiniz?? Elə isə...
1. Bir almanın qabığını soyub kələmi bişirdiyiniz suya atın. Beləliklə, həm qoxunun qarşısını alar, həm də kələmin daha asan həzm olunmasına kömək etmiş olarsınız.
2. Kələmi bişirdiyiniz suyun içinə bir az çörək içi atın. Əgər çörək içinin yeməyə qarışmasını istəmirsinizsə, kiçik, təmiz bir torbanın içinə qoyun.
3. Kələmi bişirərkən içərisinə bir ədəd qoz qabığı atın. Beləliklə, kələmdən çıxan qoxunun qarşısnın almış olarsınız.
4. Kələm bişirərkən qoxunun qarşısını almaq üçün bişirdiyiniz suya bir neçə ədəd dəfnə yarpağı atın.
5. Kələmi bişirəcəyiniz suya bir qədər duz və iki qaşıq sirkə əlavı edin. Suyun üzərində köpük meydana gəldikdən sonra kələmi suya salın.
6. Kələm bişirərkən qoxusunun qarşısını almaq üçün içərisinə bir qədər süd əlavə edin.