Qadin.NET / Asan təmizlik üsulları

Asan təmizlik üsulları

Asan təmizlik üsulları

Evimizin təmizliyi biz qadınlar üçün çox vacibdir. Bəzənsə buna vaxt çatdırmamaqdan və ya hansısa ləkəyə saatlarla vaxt sərf etməkdən şikayətlənirik. İndi sizlərə mətbəxinizdə istifadə edə biləcəyiniz asan üsüllar təqdim edəcəyəm. Onu da qeyd edim ki, mətbəx əşyalarının təmizliyində duz və sirkənin rolu əvəzsizdir.

Mətbəxinizin təravətli olmasını istəyirsinizsə, folqa kağızının üzərinə bir az darçın tökərək isidilmiş sobaya qoyun və sobanın ağzını açıq saxlayın. 

Soyuducunuzun təravətli olmasının istəyirsizsə, onda alt gözlərinə bir neçə dilim limon qoyun.

Asan təmizlik üsulları

Çəngəl-bıçaqlar:

Qabyuyan maşınınız çəngəl-bıçağınızı qaraldırsa, ayda bir dəfə maşının yuyucu gözünə paltarlar üçün olan yuyucu tozu tökün. Bu, çəngəl-bıçaqların qaralmasının qarşısını alacaq və onları parıldadacaq.

Asan təmizlik üsulları

Taxta qaşıqlar:

Taxta qaşıqlar istifadə olunduqca rəngini dəyişirək qəhvəyi rəng alır. Bunun qarşısını almaq üçün taxta qaşıqları bol suda yaxşıca isladaraq yusaq, daha yaxsı nəticə əldə edə bilərik. 

 

Asan təmizlik üsulları

Alüminium qablar:

Alüminium qabların qaralmasının qarşısını almaq üçün onları su və çoxlu sirkə ilə dolu qazanda qaynadın. Hamısı par-par yanacaq.

Asan təmizlik üsulları

Ərp bağlamış çaydanlar:

Çaydanın içinə soyduğunuz kartof qabıqlarını və çoxlu su töküb uzun müddət qaynadın. Necə təmizləndiyinin şahidi olacaqsınız.

 

Asan təmizlik üsulları

Boşqablarınızdakı kiçik çatlar:

Əgər boşqabda olan kiçik çatlara görə dəstinizin pozulmağını istəmirsinizsə, çatlamış boşqabı süd ilə dolu bir qazana qoyub zəif odda 45 dəqiqə qaynadın. Çatlardan əsər-əlamət qalmayacaq. Bu üsülü bütün qablara tətbiq edə bilərsiz.

Asan təmizlik üsulları

Ütünüz ləkə salırsa:

Ütü paltar ütülədiyiniz vaxt yapışır, və ya ləkə salırsa, altını duz və sirkəylə silin. Bununla da paltarlarınızı qoruya bilərsiz. Ancaq bu təmizləməni ütü soyuq halda edin və bir müddətt ütünü işlətməyin.

10 sentyabr 2013
GO BACK