Qadin.NET / Faydalı məsləhətlər

Faydalı məsləhətlər

Faydalı məsləhətlər

Təzə portağal şirəsi çox dadlı və xeyrlidir. Portağalı son damcısına qədər sıxmaq üçün xüsusi üsul mövcuddur. Portağalı sıxmazdan əvvəl 15 dəq qaynar suda saxlayın. Bu üsul bütün sitrus bitkiləri üçün yararlıdır.

Everest kokteyli: 1 xörək qaşığı portağal şirəsini yumurtanın sarısı ilə yaxşıca çalırsınız. Sonra üzərinə yarım stəkan portağal şirəsi əlavə edirsiniz. Kokteylə buz salıb içirsiniz. Səs tellərinə çox xeyrlidir.

Faydalı məsləhətlər

Sevimli güldan

Əgər sən bilmədən sevimli bir güldanını qırmısansa, heyfslənməyə əsas yoxdur. Yağsız kəsmik və adi yapışqan götür. Məhlulu qatılaşana qədər qarışdır. Güldanın qırılan yerlərinə Kəsmikli yapışqandan vur, səliqə ilə yapışdır. Bu üsulu yaxın bir adamıma məsləhət görmüşəm cox razı qalıb.

Faydalı məsləhətlər

Ətirli kofe

Üyüdülmüş kofeni, ətrini itirməsin deyə, bankaya töküb soyducunun buz dolabına qoymaq lazımdır. Mütəxəssislər müəyyən ediblər ki, gün ərzində beş stəkan qara kofe içmək orqanizm üçün çox xeyrlidir. Xüsusilə yaşlılar və hamilələr üçün.

Faydalı məsləhətlər

Pərdələr açılır

Pərdənin üzüklərini karniz boyunca rahat hərəkət etdirmək üçün şam qalığından istifadə edin. Bunun üçün şamın qalığını karnizə sürtmək kifayətdir.

Faydalı məsləhətlər

Yundan hazırlanmış paltarları yaxalayarkən, suya bir xörək qaşığı qliserin əlavə edin. Bundan sonra yun geyimlər nəinki yumuşaq olacaq, həmçinin elektriki özünə çəkməyəcək. Yun geyimləri güvədən qorumaq üçün paltarların arasına tütün qoymaq lazımdır.

Şüşə butulka 

Soyuq su ilə doldurulmuş şüşə butulkadan piroq və piçça xəmirini açmaq və yaymaq üçün istifadə edə bilərsiz.

Faydalı məsləhətlər

Vanna otağındakı güzgülər tərləyir?

Bunun qarşısını almaq üçün güzgünün arxasına skipidar və əridilmiş mum qarışığı çəkmək lazımdır. O zaman güzgünüz buxardan tərləməyəcək.

Faydalı məsləhətlər

Milçəklərin əlindən

* Milçəklər skipidar, gənəgərçək yağı və kerosin iyinə dözmür. Ona görədə mətbəxin döşəməsini silərkən suya bir-iki damcı kerosin və ya skipidar əlavə edin. O zaman evdə milçəklər azalar.

İpək parçaya düşmüş sarı ləkəni aparmaq üçün bir çay qaşığı naşatır spirtində bir çimdik narın duzu həll edib, istifadə etmək lazımdır.

Masadakı örtüyə və ya süfrəyə düşmüş çay ləkəsi limon suyu ilə asanlıqla təmizlənir.

Parça və paltara düşmüş təzə yağ ləkəsini təmizləmək üçün parçanın hər iki üzünə diş məcunu çəkib, üstündən təmiz ağ vərəq qoyun. Üzərindən bir əşya ilə basıb, səhərə qədər saxlayın, sonra süngərlə sürtüb yuyun.

23 avqust 2013
GO BACK