Qadin.NET / Ağcaqanadları təbii yolla uzaqlaşdırmaq üsulları

Ağcaqanadları təbii yolla uzaqlaşdırmaq üsulları

Ağcaqanadları təbii yolla uzaqlaşdırmaq üsulları
Yay ağcaqanadların fəslidir. Müxtəlif üsullarla evdən onları qovmağa çalışırıq. Satışdakı müxtəlif maye və maye üsullu naqilə birləşdirmə dərmanları var. Sağlam yaşam tərzinə üstünlük verən adamlar, bu dərmanların kimyəvi tərkibindən narahat olur. Çalışmalıyıq ağcaqanadları təbii üsulla otaqlardan uzaqlaşdıraq. Satışdakı ağcaqanadqovma üsulları hər biri kimyəvi tərkibli dərmanlardan ibarətdi . Bu da həm otağın havasını zəhərləyir, həm də bizim zəhərli hava ilə tənəffus etməyimizə səbəb olur. Aldığımız oksigen birbaşa qana sorulduğuna görə qanımızda zəhərlənmə təhlükəsini artırır. Əsasən də evdə körpə uşaq varsa lap cox zərərlidir.Bu dərmanların limonlu, çiçəkli, bəzən qoxusuzu var, amma əgər ağcaqanadı öldürmək gücünə maslikdirsə, deməli insan orqanizminə də ziyanlı ola bilər. Bəs sağlam nəfəs almağımız üçün təbii ağcaqanad dərmanı necə hazırlanır?
Ona görə mən də təbii yollarla onardan uzaq olmaq üçün bir sira üsullar göstərəcəm.
Ağcaqanadları təbii yolla uzaqlaşdırmaq üsulları
Sadə bir ağcaqanad tələsi:
Bizə lazım olacaq:
200 ml su
50 qr qəhvəyi şəkər
1 qutu maya (çörək mayası)
 2 litrlik plastik içki qabı
Plastik şüşəni şəkildəki kimi kəsin.İsti su ilə qəhvəyi şəkəri qarışdırın. Soyumasını gözləyin. Soyuduğu zaman şüşənin alt yarısına tökün.
Maya əlavə edin. Qarışdırmağa ehtiyac yoxdur. Karbon yaradın.
Şüşənin digər yarısını, başı aşağı şəkildə o qabın içinə yerləşdirin.Qara bir şey ilə (bant) şəkildəki kimi sarıyın və evinizin bir küncünə qoyun.
İki həftə sonra  şüşənin içində ölü ağcaqanadın miqdarını görəcəksiniz.
Ağcaqanadları təbii yolla uzaqlaşdırmaq üsulları
Başqa bir üsul:
Yaşıl limonu ortadan ikiyə bölün və mixəkləri üstünə batırın.
Bunu pəncərənin qarşısına qoymanız daha məqsədəuyğundur. Belə olsa ağcaqanadlar, içəri girə bilməyəcəklər.
Həmçinin otağınızdan gözəl qoxu da gələcək.
19 avqust 2013
GO BACK