Məsləhətlər
-Balığı qızartdıqdan sonra mətbəxdən gələn qoxunu aradan qaldırmaq üçün 1 stəkan suya 2 xörək qaşığı sirkə əlavə edib qaynadın.
-Limonu soyduqdan sonra qabıqlarını atmayın.Dəmir əşyaları qaşıqları,bıçaqları onunla sildikdə parıldayır.
-Əgər yeməyiniz duzlu alınıbsa,onda qazanın içinə bir neçə dilim çiy kartof atın.
-Soğan gözlərinizi yaşardırsa,onu soymamışdan əvvəl bir neçə dəqiqə suyun içində saxlayın və göz yaşlarından azad olun yada bıçağı duza batırıb soyun.
-Soğanı soyduqdan sonra əlinizdən gələn qoxunu aparmaq üçün bir neçə dilim çiy kartofla əlinizi ovuşdurun.
-Əgər əlinizdə qoz və ya badımcan ləkəsi varsa,onda pambığı sirkəyə batırıb əllərinizi silin sonra soyuq su ilə yuyun.Bu prosesı bir neçə dəfə təkrarlayın.
-İsti çörəyi kəsmək çətin olur.Bunun üçün bıçağı ocağın üstündə bir az qızdırın sonra çörəyi doğrayın.