Qadin.NET / Mikrodalğalı Soba

Mikrodalğalı Soba

 

Mikrodalğalı Soba

 

İlk əvvəllər sobalar gildən və kərpicdən hazırlanardı, daha sonra hamimiza bəlli olan qaz və elektrik sobalarına keçdik. İstərdim sizinlə mikrodalğalı soba haqqında bildiklərimi paylaşım. İlk mikrodalğalı soba 1946-cı ildə amerikan mühəndisi P.Spenser tərəfindən hazırlanmışdır. Mirodalğalı sobalar ölçüsünə görə 17, 23, 27 və 34 litrlik növlərə bölünürlər.Funksiyalarına görə xüsusi qril funksiyası, şirniyyat hazırlamaq üçün konveksiya rejimi olan sobalar da var.

Bu sobaların iş mexanizmi birbaşa elektomaqnit dalğaları ilə bağlıdır, belə ki elektrik enerjisi nəticəsində elektromaqnit dalğaları əmələ gəlir və onlar sobaya qoyulan qidanın tərkibindəki su molekulları ilə reaksiyaya girirlər ki, bunun da nəticəsində həddindən artıq yüksək temperatur yaranır. Bir sözlə, mikrodalğalı sobada ərzağın tez qızması, tez bişməsi məhz bu mexanizmlə əlaqədardır.

Bu sobaların həm mənfi, həm də müsbət tərəfləri var. Belə ki, iş adamları üçün bu tip sobalar çox əlverişlidir. Tez bir zamanda soyuducudan çıxartdığınız donmuş qidanın buzunu aça, soyumuş xörəyi qızdıra, səhərlər özünüzə bir göz qırpımında dadlı buterbrodlar hazırlaya bilərsiniz.İstifadəsi sadə, qiyməti qaz sobalarından daha ucuzdur, bundan əlavə mətbəxdə o qədər də böyük yer tutmazlar.

Mənfi tərəflərinə gəldikdə isə bir çox alimlər belə hesab edirlər ki, bu sobalarda hazırlanan qidalar insan orqanizmi üçün təhlükəlidir. Çünki, bu halda qidaların tərkibindəki molekullarda elektromaqnit dalğaları olduğu halda, qaz sobalarında bişirilən qidalarda bu olmur. Bundan əlavə Lazann Universitetində keçirilən elmi sübutlar bu fikri bir daha təsdiqləmiş oldu. Belə ki, eyni adama həm qaz sobasında, həm də mikrodalğalı sobada hazırlanmış yeməklər verilmiş və hər 2 halda yeməkdən sonra qan analizi aparılmışdır. Nəticədə mikrodalğalı sobada hazirlanan qidanın qanda dəyişikliklərə səbəb olduğu sübut olunmuşdur.

Dəyişikliklər: Qanda hemoqlabin( qırmızı qan hüceyrələri) sayı aşağı düşmüş, leykositlərin( ağ qan hüceyrələri) sayı isə artmışdır.

Mikrodalğalı sobanın ilk istehsalçısı olan amerika alimləri bu mənfi tərəfləri qəbul etməsələr də yaşlılara, hamilələrə və uşaqlara bu sobada hazırlanan qidaları qəbul etməyi məsləhət görmürlər

15 noyabr 2010
GO BACK