Qadin.NET / Faydalı məsləhətlər

Faydalı məsləhətlər

 

Faydalı məsləhətlər
  1. Toyuğun yaxşı qızarması üçün limonlu su çəkin və duzlayın, nar kimi qızaracaq.
  2. Badımcanı soyduqdan sonra duzlayıb saxlayarkən qaralmasın deyə bir qədər limon qatdığınız suda saxlayın, beləcə rənginin qaralmasının və dadının acılaşmasının qarşısı alınır.
  3. Plovun dən-dən və bəyaz çıxmasını istəyirsizsə, limonun dörddə bir hissəsinin suyunu plova əlavə edin. Beləcə plovunuz dən-dən və ağ olacaq.
  4. Limondan daha çox su əldə etmək istəyirsinizsə, limonu yuyub quruladıqdan sonra çəngəllə bir tərəfdən deşib suyun sıxın.
  5. Dirsəklərinizin və dizlərinizin sərtləşməsini istəmirsizsə, bir dilim limonu sərtləşmiş yerlərə sürtün.
  6. Ətin yumşaq olması üçün qaynatdığınız suya limon və ya sirkə qatın. Əyər qızartmaq istəsəz, bir gecə sirkəli və duru yağ qarışığında saxlayın. Qarışığın içinə təzə bitkilərdən xırda-xırda doğrayıb ətə ləzzət qata bilərsiz. Ardından ətə heç yağ tökmədən onu qızarda bilərsiz.                                                                                                                                              Faydalı məsləhətlər
-Evinizdəki bitkilərinizin daha çox çiçəklənməsini istəyirsinizsə, torpağına yumurta qabığı qarışdırın. Beləcə bitkiləriniz daha sağlam və gözəl çiçək açacaq.
-Xəmir hazırlayarkən həll olunmamış un kütləsi qalarsa, bu zaman yumurtanın sarısını xəmirə qatıb yaxşıca  yoğurun.
-Əyər bədəninizin hər hansı yerində əzilmiş, göyərmiş yer varsa, yumurtanın sarısını bu yerlərə qoyub sarıyın. 
-Qızartma qoxusunun bütün evə yayılmaması üçün yağın içinə bir-iki cəfəri atın.
Cəfəridən daha çox faydalanmaq üçün çubuqlarından da istifadə edin. Cəfəri çubuqlarını atmayıb yaxşıca yuduqdan sonra şorbalarda istifadə edə bilərsiniz.
-Cəfəridən hamilə qadınların ilk aylarında istifadə etməməsi daha məqsədə uyğundur.
-Qızartmalardan sonra qoxu istəmirsinizsə, bir qabda sirkəli su qaynadın.
Faydalı məsləhətlər
-Əyər dəriniz qurudursa, bir bananı əzib içinə bir çay qaşığı bal və ya badam yağı qarışdırın və dərinizə sürtün. Bir neçə dəqiqədən sonra ilıq suyla yuyun.
-Quru lobyaları əzilmədən bişirmək istəyirsinizsə, duzu və tomatı ya da pomidoru lobya yarı bişmiş olarkən tökün.
-Lobyanı qaynatdıqdan sonra suyunu atmayın, soyuduqdan sonra bitkilərinizi sulayın. Bu bitkiləriniz üçün çox faydalı və köklərini möhkəmləndirən bir vasitədir.
-Nanə çayı mədə qazını yox edir, ağırlıq hissini aradan qaldırır və eyni zamanda həzmi asanlaşdırır, mədənin tez boşalmasına kömək edir. Nanə çayını əldə etmək üçün quru nanənin üzərinə isti su töküb, 10 dəqiqə ağzı bağlı şəkildə dəm almasını gözləyin.
-Turş alma şəkər xəstələri üçün ideal bir meyvədir. 100 qramında 58 kalori var. Qan artırma faydasına görə həkimlər tərəfindən böyümə dövründə olan uşaqlara və xəstələrə tövsiyyə edilir. 
Faydalı məsləhətlər

-Aldığınız qəhvənin təzə qalmağını istəyirsinizsə, şüşə bankaya tökün və içinə iki ədəd qənd qoyun, ağzını möhkəm bağlayın. Qəhvənizin təzə qaldığını görəcəksiniz.

Faydalı məsləhətlər

-Aldığınız kivi çox bərkdirsə, bir gecə hava keçirməyən torbada, alma və ya armudla saxlayın.

Faydalı məsləhətlər

-Əyər ayaqlarınız çox şişirsə, onları saatlarla isti suda saxlamayın. Əksinə spirt tərkibli mayələrlə ovuşdurun. Ayaqlarınız şişməyəcək.

-Xəmir işlərindən sonra masanın üstünə tökülən unu asan təmizləmək üçün bir az duz səpin və nəm dəsmalla silin. Beləcə masa asan bir şəkildə təmizlənəcək.

Faydalı məsləhətlər

-Qarğıdalı qaynadarkən daha ləzzətli olması üçün qazana bir çay qaşığı şəkər tozu tökün. O zaman daha dadlı olacaq.

Faydalı məsləhətlər

-Divar kağızlarınızı yeniləmək istəyərkən, köhnə divar kağızlarını çıxartmaq hər zaman problem olur. İlıq su dolu bir qaba qabyuyan şampun töküb qarışdırın, yumşaq süngərlə divarı silin. Beləcə divar kağızları asanlıqla çıxacaq.

31 may 2013
GO BACK