Saçlarınız solğundur?
Saçınızı şampunla yuduqdan sonra bir qab ilıq çayla durulayın. Baxın, saçlarınız necə par-par parıldayacaq!.
Ayağınızdan iy gəlir?
İlıq çay dolu ləyənə ayaqlarınızı salın və hər axşam yatmazdan əvvəl 10 dəqiqə vanna edin. 10 gündə qoxu deyilən bir şey qalmayacaq.
Boğazınız ağrayır?
Çay yarpaqlarını süzüb, soyuyan dəmli çaydan boğaz ağrılarında qarqara kimi istifadə edin. Çox faydalıdır!
Dəriniz çox yağlıdır?
Duş qəbul etdikdən sonra çay ilə bədəninizi yaxalayın, bu, balzamı əvəz edir. Bədəniz nəmlənəcək, həm də yağlı olmayacaq.
Dərinizdə yaralarmı var?
Dərinizdəki yaraların təmizlənməsi və antibiotik təsir göstərməsi üçün pambığı çaya batıraraq yaranın üzərinə qoyub bağlaya bilərsiniz.
Əlinizdən balıq (soğan,sarımsaq) iyi gəlir?
Balıq təmizlədiniz, əllərinizi sabunla yudunuz və hələ də balıq iyi verir. Ya da soğan soydunuz, soğan iyi verir. Bax, o zaman köməyinizə çatan yenə çaydır. Əlinizi dəmli çayla yuyun. Baxın, iyləyin, heç qoxu qalmıb? Əsla, qoxu tamamilə getmişdir.
Gözünüz bulanıq görür, çirk gəlirmi?
Qaynamış çayı bir qaba töküb buxarı gözünüzə gələcək şəkildə başınızı dəsmalla örtün və gözünüzü buxara verin. Ya da ilıq çaya batırılmış pambıqla gözlərinizi və göz ətrafını silin.
Yemək yeyərkən dilinizi dişlədiniz?
Yenə dərmanı çaynikdəki çaydır. Ağzınızı gündə üç dəfə yaxalayın, diliniz üç gündə yaxşılaşacaq.
Soyuducunuzdan iy gəlir?
Dəmlikdə qalmış çay yarpaqlarını qurudub bir qab içində soyuducunun orta rəfinə yerləşdirin, qoxudan əsər-əlamət qalmayacaq.
Qeyd: Sınamaqda fayda var, onsuz da heç bir şey itirməyəcəksiniz.