1.İstifadədən imtina edə bilmədiyiniz mis qazan və qablarınızı parlatmaq üçün üzüm sirkəsindən faydalana bilərsiniz. Təmiz bir tənzifii sirkəylə yüngülcə isladın. Mis qabınızı sirkəli tənziflə ovun.
2. Noxudlu, paxlalı cə s. bunun kumu gec bişən yeməklər üçün dənləri boş vaxtınızda qaynadıb soyuducuya qoyun. Çalışın buzxanada saxlayın. Yemək bişirəndə çıxarıb rahatca, bişməsini gözləmədən istifadə edin.
3.Taxıllı ərzaqlarınızı böcək və güvələrdən qorumaq üçün mütləq ağızı bağlı şüşə qablarda saxlayın. Qabların içinə qabığı soyulmamış bir neçə diş sarımsaq atın.
4.Quru paxla bişirmək üçün bir gün əvvəldən suda saxlamaq lazımdır. Əgər suda gözlətməyi unutdunuzsa praktik bir üsulla paxlalarınızın yumşaq olmasını təmin edə bilərsiniz: quru paxlanı qazana töküb üzərinə çıxanacan soyuq su əlavə edin. Yüksək odda qaynayana qədər bişirin. Qazanı götürüb paxlaları qazanın içində suyunu süzmədən 1 saat saxlayın. Beləcə, paxlalarınız yumşaq olacaq. Bu üsulu noxud, lobya və s. üçün də tətbiq edə bilərsiniz.
5. Balın şəkərlənməsini önləmək və ləzzətini qorumaq üçün qaranlıq və sərin bir yerdə saxlayın. Qabın ağızını möhkəm bağladığınızdan əmin olun.
6.Bal şəkərləndisə içi su dolu bir qazanda 2-3 dəqiqə qaynadın. Soyutduqdan sonra istifadəyə Əriyəcək və şəkərlənmə problemi ortadan qalxacaq.
7.Balıq seçərkən ən təzəsini götürmək üçün gözlərinin parlaq, qəlsəmələrinin çəhrayı ya da qırmızı olmasına diqqət yetirin.
8.Balıq qızardarkən evinizdə meydana gələcək pis qoxunu aradan qaldırmaq üçün, qızartma tavasına bir budaq dəfnə yarpağı əlavə edin.
9.Balıqların asanca təmizlənməsi üçün isti suyun içərisində 1-2 dəqiqə gözlətməyiniz kifayətdir.
10.Qurabiyə və biskvitlərinizin təzə qalması üçün ağzı bağlı qutuda saxlayın və içinə bir miqdar düyü əlavə edin. Boyatlaşma problemi ortadan qalxacaq.
11.Boyatlaşan peçenyelərinizi soba nimçəsinə yerləşdirib üzərinə yağlı kağız sərin. Sobada 1-2 dəqiqə istilədin. Dərhal təzəlik qazandıqlarını görəcəksiniz.