Qadin.NET / Gənc qız ol artıq!

Gənc qız ol artıq!

Gənc qız ol artıq!

Hələ buna tam olaraq hazır deyilsən, amma ailən ətrafın səndən bir gənc qız kimi davranmanı gözləyir. Yaxşı, bəs gənc qız olmaq deməkdir?
1. Sızanaqlarınla oynamamağı öyrən. Hətta özünə dəri qulluq dəsti alıb davamlı olaraq istifadə et.
2. Epilyasiyaya vaxt ayır. Özün edə bilmirsən, ən azı ayda bir dəfə gözəllik salonuna gedib tüklərindən xilas ol!
3. Yeməyini ağzı bağlı olaraq kiçik loxmalar halında ye! Heç vaxt ağzında yemək olanda danışma!
4. Hansı çəngəllə yeməyin lazım olduğu nu hələ bilmirsənsə mütləq öyrən!

5. Mimikalarına nəzarət et, həddindən artıq reaksiyalardan hər zaman qaç! 

Gənc qız ol artıq!
6. Heç olmasa günaşırı duş almağa laqeydlik göstərmə. Tər qoxusuna qarşı mütləq dezodorant ya da yüngül qoxulu bir ətir istifadə et!
7. Son dəblə geyinmək məcburiyyətində deyilsən, amma paltarlarının hər zaman təmiz ütülü olmasına diqqət et!
8. Bir şənliyə qatılacaqsansa necə geyinmək lazım olduğunu bilmirsənsə, dostlarından kömək istə!
9. Dekolteləri düzgün istifadə et. Əgər düz oturub-dura bilmirsənsə, şalvar sənin üçün ən yaxşısıdır!
10. Çox əsəbləşmiş olsan belə əsla söyüş söymə!
11. Sevgilinlə birlikdə olarkən başqa birinə baxma!
Gənc qız ol artıq!
12. Dostlarınla birlikdə olarkən, başqasının arxasından pis şeylər danışma!
13. İnam qazanmaq istəyirsənsə, sirr saxlamağı bil!
14. Boş vaxtlarında anana ev işlərində yardımçı ol!

15. Evdə tək olsan belə musiqinin səsini axıra qədər vermə!
16. Şərtlər nə olursa olsun  hər zaman nəzakətli olmağa çalış səsinin tonunu yüksəltmə!

Gənc qız ol artıq!

17. Hər vaxt baxımlı ol. Manikür-pedikürünə laqeydlik etmə!
18. Fərqli olacam deyə çirkin bir saç modeli yoxlama!

19. Ana atana qarşı daim hörmətli ol!
20. Fürsət tapdıqca idman edərək bədəninin formada qalmasına diqqət et!

Gənc qız ol artıq!

21. Fast-food yeməklərindən uzaq dur meyvə-tərəvəzlə qidalanmağa çalış!
22. Evdən çıxmazdan əvvəl güzgüdə özünə nəzarət et!
23. Modanı təqib et, amma əsiri olma!

20 mart 2016
GO BACK