Qadin.NET / Ayaqqabını necə seçməli

Ayaqqabını necə seçməli

Ayaqqabını necə seçməli

Ayaqqabılar hər bir xanımın gözəlliyinin ayrılmaz bir hissəsidir. Gözəl bir xanımı yaraşıqlı ayaqqabısız təsəvvür etmək mümkün deyil. Hər bir xanım çalışır ki, onun cazibədarlığını daha da artıran, dəbə uyğun ayaqqabılara sahib olsun. Əksər xanımlar hazır ayaqqabılara daha çox üstünlük verirlər, bununla belə sifarişlə ayaqqabı tikdirən xanımlara da rast gəlinir. Mağazadan alınmış ayaqqabılarla ehtiyatlı davranmaq məsləhətdir. Çünki adicə ölçüdə cüzi səhvə yol verdikdə bu ayaqlarda xoşagəlməz fəsadlar yarada bilər. Ayaqqabının əsas düşməni isə rütubətdir. Ayaqqabıları su ilə yumaq və ya hər hansı quruducu bir vasitə ilə qurutmaq məsləhət görülmür. 

Ayaqqabını necə seçməli

Ayaqqabı seçərkən yalnız istismarın estetik normalarını deyil, eyni zamanda fizioloji tərəflərini də düşünmək lazımdır. Düzgün seçilməyən ayaqqabılar ostexandroz, skolioz və digər xəstəliklərin yaranmasına səbəb ola bilir.

Hazır ayaqqabıların alınması ilə yanaşı elə xanımlar da vardır ki, xüsusi sifarişlə ayaqqabılar tikdirir. Belə hazırlanmış ayaqqabılar daha rahat və zövqlü olur. Birincisi, ona görə ki, ayaqlar dəqiq ölçülür ki, bu da sonradan narahatlıq yaratmır, ikincisi isə ayaqqabının materialını, rəngini və hər hansı bəzəklərini özünüz sərbəst olaraq seçib təyin edirsiniz. Belə olan halda ayaqqabı daha ürəyinizcə olur və onu uzun müddət geyinirsiniz.

13 fevral 2013
GO BACK