Qadin.NET / Bəzi sabunların faydaları (I hissə)

Bəzi sabunların faydaları (I hissə)

  Əziz istifadəçilər, bu dəfəki xəbərimdə istəyirəm ki, sizə bəzi sabunların faydalarından danışım. Bildiyiniz kimi, bəzi bitki tərkibli sabunlar var.Belə sabunlardan heç istifadə etmisinizmi? Əgər etməmisinizsə, onda mütləq onların faydalarını oxumalısınız! Sonra isə istifadə edib-etməməyinizə özünüz qərar verərsiniz.Mən artıq çoxdandır ki, bu sabunlardan istifadə edirəm.Əvvəl istəyirəm ki, sizi çobanyastığı sabunu ilə tanış edim.Bu sabunun faydaları çoxdur. Çobanyastığı sabunu əsasən də problemli dəri üçün çox effektlidir.

Çobanyastığı sabununun faydaları:

 -Çobanyastığı sabunu-göz qapağının iltihabını aradan götürür

  -Gözaltı torbaları  aradan götürür

-Dərinin istirahətini və təravətlənməsini təmin edir

 -Sellülit müalicələrində istifadə olunur

 -Ekzema və bəzi qaşıntılara çox xeyirlidiir

 -Saçlara gözəllik və canlılıq verir

-Dəridə olan bəzi ləkələri aradan qaldırır

 Çobanyastığı sabununu üzünüzə və yaxud da bədəninizə çəkin. 10 dəqiqə bədəndə saxladıqdan sonra yuyuna bilərsiniz.İlk istifadədən sonra effektini görəcəksiniz.

 Gicitkan sabunu isə demək olar ki, çobanyastığı ilə eyni faydalara malikdir. Bu sabundan güclü mikrob öldürücü vasitə kimi də istifadə edilir.Bədəndə olan bəzi cirkli,mikroblu yaralarda da bu sabunlardan istifadə edirlər.

Gicitkən sabununun faydaları:

 -Qan dövranını gücləndirir;

-Mikrobları məhv edir;

 -Dərinin yenilənməsinə, təravətli və yumşaq olmasına  kömək edir;

- Dəri həddindən artıq yağlı və yaxud da qurudursa, normaya salır;

-Maskalarla qarışdırıldıqda ləkələrin də getməsinə kömək edir;

-Sızanaqları və səpgiləri yox edir.

            Aloe Vera sabunu bir çox dəri xəstəliklərində istifadə edilir. Aloe Vera  sabunu bəzi yağlarla zəngin olduğu üçün quru dərili insanlara çox gözəl təsir edir.

                              Aloe sabununun faydaları:                           

  -Bir çox vitamin və minerallarla zəngindir; 

-Dəriyə xüsusi bir canlılıq verir;

-Şişkinliyi götürür;

-Anti-bakteriallarla zəngindir.

             Hər birinizə sağlam həyat və sağlam gözəllik arzulayıram!

 

Ardı var...

                                                                                                                                                                            

17 fevral 2013
GO BACK