Qadin.NET / Yumşaq oyuncaqları necə təmizləməli?

Yumşaq oyuncaqları necə təmizləməli?

Hansı uşaq oyuncaqları, hansı valideyn onları uşaqlarına almağı sevməz.Oyuncaqlar evə nə qədər şirinlik gətirsə də,zaman-zaman üzərlərinə çoxlu toz toplayır və öz cazibliyini itirir.Belə halda nə etmək lazımdır?
Əlbəttə ki,TƏMİZLƏMƏK!

Beləliklə, vanna otağnda ouncaqlar üçün gözəl bir tas hazırlayaq.İlıq suyu yumşaq köpüklə qarışdıraq.Diqqət nəbadə yumşaq oyuncaqları yuyarkən suya yuyucu toz qoymayasınız.Ən yaxşısı sabun və ya şampundur.Oyuncaqları tər-təmiz yuduqdan sonra tam qurumadan daraqla darayın.Oyuncaq yenə də mağazadan yeni alınmış kimi olacaq.

Kuklaları yuyarkən onların saçına xüsusi diqqət edin.Çox isti su ilə deyil,ilıq su və sabunla yuyun ki, saçlar əvvəlki görünüşünü itirməsin.

Rezin oyuncaqları yumaq cox asandır.Onları uşaq sabunu ilə yusanız yetərli olar.Amma belə oyuncaqların 1-2 həftədə bir yumaq daha yaxşıdır,çünki bu oyuncaqlarla daha çox kiçik yaşlı uşaqlar oynayır və tez-tez də onları ağızlarına aparırlar.

9 mart 2009
GO BACK