Qadin.NET / Bayram interyeri

Bayram interyeri

 Bayram interyerinin tərtibatı divarlara şam ağacı bəzəyi vurmaqla və pəncərənin altına süni qar səpələməklə bitmir. Satışda olan müxtəlif dekorativ əşyalar vasitəsilə istənilən interyerdə Yeni il ab-havası yaratmaq olar, ən əsası üslubu  və rəngləri düzgün seçməkdir.

Istənilən interyerə bayram çələngləri əla yaraşır. Onları divardan, pəncərədən asa və ya stolun üstünə qoya bilərsiniz. Çələngi hazırlamaq üçün həm təbii, həm də süni materiallardan istifadə edə bilərsiniz: iynəyarpaq, lentlər, güllər və s. Əgər satışda  arzu etdiyiniz çələngi tapa bilməsəz, onu özünüz düzəldin.

 

Bəzəkli-rəngli süfrə seçsəniz yaxşı olar. Masaya ona uyğun  salfet qoyun. Şüşə və ya metal qab-qacağı unutmayın, bu? dəbdəbəli atmosfer yaradacaq. Təbii ki , şamsız , çələngsiz süfrə olmaz. Şamlar rəngli otaqda sirli atmosfer yaradacaq. Onlar insana rahatlıq gətirir. Yaxşı olar ki, onları mebelin rənginə uyğun seçəsiniz.

 Əgər otağın dizaynı sakit tondadırsa, o zaman rəngli şamlar interyerə fərqlilik qatacaq.

Şam ağacı oyuncaqlarında hazırladığınız kompozisiyalar da əhval-ruhiyyənizi artıracaq. Kürəcikləri stola, divar sobasının üstünə qoya bilərsiniz. Masadan uzun lent vasitəsilə asılmış kürəciklər də gözəl görünür. Lentləri və kürəcikləri qabların rənginə uyğun seçin. 

 

Bayram interyerinin əla bəzəyi gözəl tərtib olunmuş hədiyyələrdir. Lentlərlə və rəngli kağızlarla bəzədilmiş boş qutular  dekorativ məna daşıyır  və bayram əhval-ruhiyyəsi yaradır. Yeni il axşamı boş qutuların arasında içində hədiyyə olan qutuları da gizlədin.  Beləcə, hədiyyələrin açılması çox əyləncəli olacaq.

Bayram interyeri  

Hər birinizin yeni ili sizə  uğur, sevgi və xoşbəxtlik gətirsin. Amin!

 

29 dekabr 2012
GO BACK