Qadin.NET / Dəyərli məsləhətlər

Dəyərli məsləhətlər

 Əziz xanımlar, istəyirəm sizə bir neçə dəyərli məsləhətər verim.

 Azacıq da olsa sizə köməkliyim dəysə  çox şad olaram.

 

   1-Göyərtilər daha təravətli qalsın deyə, göyərtini bükdüyünüz paketin içərisinə bir neçə qənd qoyun.

Bu zaman   göyərtiləri uzun müddət təravətli saxlamaq mümkündür...

     2-Limondan çoxlu şirə əldə etmək üçün onu sıxmazdan əvvəl 5 dəqiqə isti suda saxlayın.

Sizi əmin edirəm ki, nəticəni özünüz görəcəksiniz !!!

 

 

  3-Çörəyin kiflənməməsi,uzun müddətli  qalması üçün,  yanına alma və ya təmizlənmiş çiy

  kartof qoyun, ağzı bağlı qabda saxlayın. 

Dəyərli məsləhətlər

4-Soğan doğrayarkən göz göynəməsin deyə,əvvəlcədən buzluğa qoyun və ya üfləyə-üfləyə doğrayın.

 

   5-Duz qabda narın və quru qalsın deyə, qaba 2-3 ədəd düyü qoyun. Düyü rütubəti özünə çəkir.

 

2 noyabr 2012
GO BACK