Qadin.NET / Faydalı məsləhətlər

Faydalı məsləhətlər

Yumurtanın təzə və ya köhnə olduğunu yoxlamaq üçün üsul:

 

Faydalı məsləhətlər

Əvvəlcə bir qab götürürsünüz və bu qaba 10 sm hündürlüyündə su əlavə edirsiniz. Su əlavə etdikdən sonra yumurtanı suyun içərisinə ehmalaca qoyursunuz ki, qırılmasın. Əgər yumurta suyun dibinə tam düşüb qalırsa, deməli yumurta təzədir. Əgər yumurta suya qoyulduqdan sonra onun yarı hissəsi suda və digər hissəsi isə suyun üzərinə çıxırsa,deməli bu yumurta artıq köhnəlməyə doğru gedir və onları tez istifadə etmək lazımdır ki, tam xarab olmasın.

Yox əgər yumurta tam olaraq suyun uzərinə çıxırsa, onda o yumurtanı istifadə etmək olmaz, çünki artıq yumurta köhnəlib. 


 Diş məcunundan məişətdə istifadə  qaydaları:

Diş məcunu nəinki dişlərin təmizliyində həm də gündəlik həyatımızda bizə bir çox yerlərdə kömək edə bilər.

 1.Yanıqlar üçün xeyirlidir.

 

2.Dırnaqlarn təmizlənməsində və onların daha parlaq olmasında əvəzsiz vasitədir. Bilindiyi kimi diş məcununun tərkibində dişlərin emalını bərpaedici vasitələr var.Əgər bir miqdar diş məcunundan dırnaqların üzərinə və içlərinə çəkib onları təmizləsəniz onda dırnaqlarınız təmiz və daha sağlam olacaq. 


3.Qoxuların aradan qaldırılmasına kömək olur. Belə ki,əgər əlinizdən bir az öncə soyduğunuz soğan və ya sarımsağın qoxusu gəlirsə, onda narahat olmağa əsas yoxdur. Sadəcə sabun əvəzinə əlinizə bir miqdar diş məcun çəkib yuyun. 

4. Paltar və xalçadakı ləkələri təmizləyir. Ləkə düşmüş paltarın üzərinə məcunu çəkib və ləkə gedənə qədər onu yumaq lazımdır.Amma unutmaq lazım deyil ki, rəngli paltara düşmüş ləkəni diş agardıcı məcunla yumaq olmaz. Xalçalardaki ləkəni isə yenə də məcunu ləkələnmiş yerə çəkmək və xüsusi fırçayla fırçalamaq, fırçaladıqdan dərhal sonra isə təmiz su ilə məcunu xalçadan təmizləmək lazımdır. 


5. Dəri və ya idman ayaqqabılarının təmizlənməsində istifadə oluna bilər.  Ləkə olan yeri ayaqqabı fırçasına məcun çəkilərək fırçalamaq və sonra soyuq suyla yumaq olar. Bu zaman ayaqqabılarınız təmiz olacaqdır.  

Faydalı məsləhətlər

6. Gümüşlərin daha parlaq olması üçün istifadə edə bilərsiniz. Bir miqdar məcun və bir qədər də su əlavə edib hazırlanmış qarışıqla gümüşləri təmizləsəniz, onlar əvvəlkindən daha parlaq olacaqdır.

7. Uşaqların yemək və su içdikləri şüşə qablardan gələn xoşagəlməz qoxunu aradan qaldırır.Sadəcə olaraq qabı məcunla bir az sürtüb və daha sonra suyla təmiz yumaq lazımdır. 

 Faydalı məsləhətlər 

8. Yanmış çuğun qazanların təmizlənməsində də diş məcunundan istifadə etmək olar.


11 oktyabr 2012
GO BACK