Salam əziz Qadın.Netlilər. Sizə mətbəxdə yararlana biləcəyiniz məsləhətləri vermək istəyirəm. Bilirəm ki, hər bir xanımın məsləhət kitabçası var. Bu məsləhət kitabçası bizim hər zaman dadımıza çatır.
Yumurtanın ağının daha yaxşı köpməsi üçün onun üzərinə 1-2 damcı soyuq su və bir çimdik duz tökmək lazımdır.
Əgər bişirdiyiniz keks qabdan çıxmırsa, o zaman qabı bir neçə dəqiqəlik soyuq suda isladılmış əskinin üzərinə qoyun.
Ət bulyonuna duzu qaynadıqdan yarım saat sonra tökmək lazımdır.
Bişirəcəyiniz keksin üzərinin yaxşı qızarmasını istəyirsinizsə, yumurtaları çalmamışdan qabaq ora bir çimdik soda töküb, kənarda 10-15 dəqiqə saxlayın.
Düyünü soyuq axar su ilə yuyun. Düyünü gecədən suya qoymaq məsləhət deyil. Cünki, düyü bu zaman dadını itirir.
Düyünün ağ rəngini qoruyub saxlanması üçün qaynayan qazana yarım çay qaşığı sirkə və ya limon suyu tökün. Daha 5 dəqiqə bişirin, süzün və üzərindən soyuq su axıdın.
Düyü tam bişib formasını itirməsin deyə, qaynayan suya limon suyu (1litr suya 1xörək qaşığı limon suyu) və ya bir neçə qaşıq qaynadılmış isti süd tökün.
Sonda hər bir xanıma öz mətbəxinin xanımı olmağı arzu edirəm.