Qadin.NET / Mətbəxdə işinizi asanlaşdırın

Mətbəxdə işinizi asanlaşdırın

Mətbəxdə işinizi asanlaşdırın

1.Qızartma qoxularının bütün evə yayılmaması üçün yağın içinə 1-2 ədəd cəfəri atın.

2.Kartofu duxovkada bişirmədən əvvəl 10-15 dəqiqə qaynadın və çangəllə bir neçə yerdən dəlin.
3.Qizartma yağını bir neçə dəfə istifadə edə bilərsiniz.Amma istifadə ediləcək durumda olduğunu anlamaq

üçün qızğın yağın içinə bir dilim çörək atın.Çörəkdə qara ləkələr əmələ gəlmirsə,deməli istifadə edə bilərsiniz.



4.Yeni tava aldığınız zaman ilk əvvəl içində bir miqdar sirkə qaynadın.Belə etdiyinizdə qızartmalarınızın tavaya yapışmasının qarşısı alınmış olacaqdır.

5.Unlarınızın qurdlanmaması üçün un bankasının içərisinə bir ədəd dəfnə yarpağı qoyun.

6.Böyük miqdarda kartofunuz varsa,torbasının içərisinə bir ədəd alma qoyun.8 həftə boyu cücərməz və büzüşməz.

7.Qabarıq bir qayğanaq bişirmək istəyirsinizsə,1 yemək qaşığı suyun içində 1 çay qaşığı qarğıdalı unu qarışdırın və yumurtaya əlavə edin.

8.Göbələklərin daha ləzzətli olması üçün,bişirmədən əvvəl üzərlərinə bir az duz və limon suyu qoyun,5 dəqiqə dursun,sonra bişirin.
Mətbəxdə işinizi asanlaşdırın

9.Pomidor əzməniz(tomat) çox turşsa,içinə bir kök rəndələyin.Turş dadı getmiş olacaq.
24 fevral 2009
GO BACK