Qadin.NET / Qənaətsevən xanımlarımıza

Qənaətsevən xanımlarımıza

Qənaətsevən xanımlarımıza


1.Eviniz üçün çilçıraq və onun üçün də lampa seçərkən yadda saxlayın ki, 100 Vt bir lampa 25 Vt 4 lampadan daha qənaətli və effektlidir.

2.Soyuducu üçün aşağıdakı qaydalara əməl etsəniz istifadə olunan elektriki 15-20% qənaət etmiş olacaqsınız.
a)Soyuducuya isti qidalar qoymayın,qidanın təmamən soyumasını gözləyin.

Soyuducunun qapısını tez-tez açıb, açıq şəkildə saxlamayın.

b)Mütləq diqqət edin ki,soyuducunun arxa tərəfi ilə divar arsında boş yer böyük olsun,bu havanın daha yaxşı dövr etməsi üçün vacibdir və elektrik enerjisinə də qənaət edər.
c) Soyuducunun içərisində də hava dövranına diqqət etmək lazımdır.Nəbadə orta rəflərə böyük qazanlar və ya tavalar yerləşdirməyin.

d)Ümumiyyətlə soyuducunun içərisinə qoyduğunuz bütün qabların arasında hava üçün yer saxlayın.

3.Paltaryuyan maşınların istifadəsində bir neçə qaydaya əməl etsəniz az enerji xərcləmiş olarsınız.Belə ki,bəzən xanımlarımız bilmədən paltaryuyan maşının üzərinə bir çox əşyalarını yerləşdirirlər.Bu da maşın çalışırkən lazım olduğundan daha artıq elektrik xərcləməsinə gətirib çıxarır.Bunun qarşısını almaq üçün maşını çalışdırmadan əvvəl üstünü boıaltmaq və maşını sərbəst buraxmaq lazımdır.

5 fevral 2009
GO BACK