Qadin.NET / Mətbəxdə gərəkli ola biləcək məsləhətlər

Mətbəxdə gərəkli ola biləcək məsləhətlər

Mətbəxdə gərəkli ola biləcək məsləhətlər


• Əgər qayğanağın yumurtasını süd ilə çalsanız (1 yumurtaya 1 xörək qaşığı süd), o, daha dadlı və zərif olar.
• Əgər kotletin yumşaq olmasını istəyirsinizsə, ətə qatılacaq çörəyi süddə isladın və sıxmadan ətə qatın.
• Təzə südü işıqda saxladıqda, tərkibində olan A və C vitaminləri itir.
• Ət nə qədər vamla bişərsə,


bulyon bir o qədər şəffaf olar.
• Xəmir yoğrulmamışdan əvvəl un ələnməlidir, belə olduqda un hava ilə qarışır və xəmir çox zərif olur.
• Kartof püresini isti kartofdan hazırladıqda və ona qaynar süd tökdükdə daha zərif olur.
• Göyərtini xörəyə süfrəyə verilən gün tökmək lazımdır. Belə ki, xörək səhəri günə qalsa, göyərti xörəyi korlayar.
• Əriyin tumunu atmayın. Onları qurudun və saxlayın, çünki onlar badamı əvəz edə bilər.
• Un və düyü saxlanan qaba təmizlənmiş sarımsaq dilimləri qoyduqda, un və düyüdə qurd əmələ gəlməz.
• Tavada yağ sıçramasın deyə, onun içinə azca duz səpmək lazımdır
26 iyul 2010
GO BACK