Qadin.NET / Çay dəmləmənin qızıl qaydaları

Çay dəmləmənin qızıl qaydaları

Çay dəmləmənin qızıl qaydaları 

Gündəlik həyatın sıx tempindən və stressindən təmizlənmək üçün içdiyimiz bir stəkan çay imtina edilməzlərin arasındadırsa bilməniz lazım olan bəzi qaydalar var!

Çay dəmləyərkən təzə və soyuq su istifadə edin. Soyumuş suyu əsla yenidən qaynatmamaq lazımdır.

Daha yaxşı dəmləmək  üçün dəmliyi isidin.

Çayın ölçüsünə diqqət yetirin; çox çay qoysanız dəmləyərkən acı olar.

Su qaynadığı anda, suyu dəmliyə əlavə edin. Su on saniyədən çox qaynayıb pıqqıldamamalıdır yoxsa gərəyindən çox oksigen itirər.


Çay dəmləmənin qızıl qaydaları

 

Bütün ləzzətin üzə çıxa bilməsi üçün 3-5 dəqiqə dəmləyin.

Əgər çayınızı süd ilə içmək istəyirsinizsə, daha yaxşı qarışması üçün fincana əvvəl südü qoyun.

Çayı quru, hava almaz bir qabda, rütubət və buğlaşma təhlükəsi olmayan bir yerdə saxlayın. Ədviyyatlardan və iti qoxulu yeməklərdən uzaq tutun çünki çay tez xarab ola bilər.

Dəmliyin, çaydanın və çay stəkanlarının metal olmamaları və yuyucularla yuyunmamaları lazımdır. Metal çaydanda dəmlənən  çayda metal dadı olar.

Yaşıl çay, altlığı olmayan fincanla, qara çay isə altlıqlı fincanla təqdim edilir. 

10 mart 2012
GO BACK