Qadin.NET / Cins şalvarlar necə yuyulmalıdır?

Cins şalvarlar necə yuyulmalıdır?

1. Cins şalvarları tez-tez yumaq tövsiyə olunmur. Təbii ki, gigiyena qaydaları nəzərə alınmalıdır, amma ən ideal yuyulma aralığı 5 - 10 dəfə geyildikdən sonradır.


2. Cins şalvarların rənginin solması qorxusu demək olar ki, bütün qadınlarda var. Əgər sizdə də belə bir qorxu varsa, bir qabda sirkəli su hazırlayın və şalvarınızı həmin suda 1 saat saxlayın. Sonra isə qurutmaq üçün asın.
3. Paltaryuyan maşında yuyarkən tərs tərəfini çevirərək yumaq çox daha məntiqli və tövsiyə olunandır.


4. Cins şalvarlarınızı əlinizlə yumaq istədiyiniz zaman ən yaxşı dostunuz syuq su olacaq. Soyuq su ilə yaxşıca yuduqdan sonra hazırladığınız suyun içərisində 30 dəqiqə saxlayın. Sonra bol su ilə durulayın və quruması üçün asın.


5. Cins şalvarları yuduqdan sonra suyunu sıxaraq çıxarmaq olduqca təhlükəli və gərəksiz bir prosesdir. Bu səbəbdən şalvarı rulon olacaq formada sarıyın və üzərinə möhkəm şəkildə basaraq suyun xaric olmasına kömək edin. Bu şəkildə şalvarınıza heç bir zərər dəyməyəcək.

1 yanvar 2021
GO BACK