Əziz xanımlar, bəzilərimizin evində döşəmə parketdir. Bilirik ki, onların ömrü elə də uzun olmur. Tez zamanda parlaqlığını itirir, qabarır, çürüyür. Bəs onların ömrünü uzatmağa nə deyirsiniz? Gəlin,mütəxəssislərin məsləhətinə riayət edib parketlərimizin ömrünü uzun edək.
1. Su- hər biriniz bilirsiniz ki, parketə su töküləndə parlaqlığını itirir. Daxilən qabarmasına və çürüməsinə gətirib çıxardır. Bunun qarşısını almaq üçün su tökülən kimi yumşaq əski ilə suyu parketin kənarlarından ortasına doğru silmək lazımdır.
2. Kir və ya toz- kir və tozdan qalan izlər parketin cızılmasına səbəb olur. Ayaqqabılarınızın altındakı qum dənəckiləri də parketə ciddi zərər verir. Bunun qarşısını almaq üçün parketinizi mütəmadi olaraq süpürün və toz əskisi ilə silin. Mənzilin girişində ayaqaltılardan istifadə edin. Ayaqqabılarınızı təmizləməyi unutmayın.
3. Xalçalar- parket üzərinə sərilən xalçaların arxa tərəfinə diqqət yetirin. Parketiniz cızılmasın və parlaqlığını itirməsin deyə, kauçuk altlı xalçalardan istifadə etməyin.Yaş və ya islanmış xalçaları dəyişin.
4. Günəş şuası- günəş şuası parketlərin rənginin tədricən dəyişməsinə, bəzilərinin tündləşməsinə, bəzilərinin isə açıq rəngə düşməsinə səbəb olur. Bunun qarşısını almaq üçün parketi qoruyan cilalar kifayət etmir. Gün düşən pəncərədə tül pərdədən və ya günlükdən istifadə edin. Bundan əlavə onu da qeyd edək ki, su mənşəli cilalar yağ mənşəli cilalarda nisbətən rəng dəyişməsinə qarşı daha keyfiyyətli təsir edir.
5. Mebellər- bəli, biz evimizdə tez-tez mebellərin yerini dəyişməyi xoşlayırıq,amma belə zamanlarda parketimiz cızıla bilər. Bunun qarşısını almaq üçün mebelin ayağına keçə və ya başqa materialdan parça vurun.Vaxtaşırı onların tozunu təmizləməyi də unutmayın. Əgər mebelinizin ayaqları təkərlidirsə, unutmayın-plastik və ya metal təkərlər parketin düşmənidir. Qarşısını kauçuk təkərlərdən istifadə etməklə ala bilərsiniz.
6. Ayaqqabı- bəli, biz qadınların sevdiyi hündürdaban ayaqqabılar parketimizə düşündüyümüzdən daha çox zərər verir. Ayaqqabılarınızı mütəmadi olaraq təmizləyin, altında qum və ya metal altlıqların, mismarın olmamasına diqqət edin.
Parketiniz gözəlliyini itirməsin...