Qadin.NET / Elektrik sobasını təmizləməyin ən sadə yolu

Elektrik sobasını təmizləməyin ən sadə yolu

 Ən ləzzətli şirniyyatları, yeməkləri sobada bişiririk. Amma bu zaman sobada təmizlənməsi çətin olan ləkələr yaranır.

Bəs bu cür ləkələri necə təmizləmək olar?

Bununla bağlı sizə faydalı məsləhətlər təqdim edirik.

Soba təmizləmədə diqqət edilməli ilk məsələ istifadə etdiyiniz təmizləyicinin sizə zərər verməməsidr. Çünki çox toksik tərkibli təmizlik vasitələri nəfəs yolu ilə ağciyərlərə təsir edə bilər. Digər vacib məqam isə təmizlik vasitələrinin sobanın iç üzünün korroziyaya uğratmamasıdır.

Əgər yemək bişirərkən sobaya yağ töküldüsə, onun üzərinə duz tökün. Soyuduqdan sonra bir bezlə kirli yeri silin.

Soda və sirkə

Əvvəlcə sobanın qablarını çıxarıb nəm dəsmalla silin. Daha sonra ləyənə bir neçə qaşıq soda və su əlavə edib qarışdırın. Həmin qarışımı sobanın içinə və şüşəsinə sürtün. Qarışım çirkə nüfuz etdikcə rəngi tündləşəcəkdir. 12 saat gözlədikdən sonra yağı aparması üçün qarışımı sürtdüyünüz yerə sirkə çiləyin. Daha sonra bez və ya süngər köməyi ilə sobanın iç tərəfini təmizləyin

7 dekabr 2020
GO BACK