Qadin.NET / Çəkmələrinizdən qoxu gəlməsin deyə...

Çəkmələrinizdən qoxu gəlməsin deyə...

 Qaşındıran və tüklü xəz və paltolar, iyi gələn uzunboğaz çəkmələr, ilməsi qaçan corablar, qalın kofta və ətəklər...
Bunlar hamısı qışda istifadə etdiyimiz geyimlərdir. Qış qarderobunu səliqəli və təmiz saxlamaq bu geyimlər üçün çox vacibdir. Qış qarderobunu təmiz saxlamağın bir neçə yolu ilə sizi tanış edirik.


Corablarınızdakı qaçan ilmə çox böyüməsin deyə süzülən hissəyə saç lakı vura bilərsiniz.
Qalın corab və lasinlərinizi istifadə etməzdən əvvəl yuyun, yaxşıca sıxın və sellofanın içərisinə qoyaraq soyuducunun buzxanasında bir gecə saxlayın. Buzxanada onun lifləri güclənəcək və daha uzunömürlü olacaq.
Koftanızın tüklü hissəsini daban daşı ilə təmizləyin. Elə edin ki, koftaya dəyməsin. Yavaş-yavaş sürtərək toplanmış hissəcikləri bir yerə toplayın.
Paltarlarınızda qalan saç telləri və kofta tüklərini makiyaj fırçası ilə təmizləyin.

Bədəninizi qaşındıran koftalarınızı bir neçə qaşıq sirkə qatılan soyuq suda 15 dəqiqə saxlayın. Sonra isə yumşaq formada saç kremi ilə üzərinə əl gəzdirin və yarım saat bu cür saxladıqdan sonra durulayın.

Geyiminizin corabınıza yapışmasını istəmirsinizsə, elektriklənmənin qarşısını almaq üçün içərisinə sancaq taxın.

Çiyinlərində asqı izi qalmasın deyə koftalarınızı şəklildə göstərilən formada asın və ya qatlayın.
Dəri şalvarınız qırışmasın deyə onu asın. Asqı izinin qalmaması üçün isə asılqanın arasına kağız və ya salfet qoyun.

Geyimlərinizdə rəngi solan və təravətini itirən zamj hissəni diş fırçası ilə yenidən canlandırın.

Çəkmələrinizdən iyi gəlməsin deyə içərisinə karbonat və ya paket çay qoya bilərsiniz.

Qışda paltarlarınızı geyməzdən əvvəl fenlə isidə bilərsiniz.

İslanan dəri ayaqqabılarınızı istidən uzaq tutun. Bunun yerinə içərisinə kağız doldurun və cərəyanlı yerə qoyaraq gözləyin.

20 noyabr 2020
GO BACK