Qadin.NET / Yun paltarlara qulluq- Vacib qaydalar!

Yun paltarlara qulluq- Vacib qaydalar!

 Müasir yun parçalar iki kateqoriyaya bölünür: yun və yarımyun.
Birincinin tərkibində 90-100% yun var, ikincilərin tərkibində 20-90% yun və lavsan, kapron, yaxud viskoz var. Əgər parçanın tərkibində 50% süni saplar varsa, parçada çox tez parıltı və yumrular əmələ gəlir.


Yun paltarları tez-tez yumaq tövsiyə edilmir.
Yun paltarları əllə yumaq daha yaxşıdır. Suya gel halında yuyucu vasitə və ya belə vasitə olmadıqda şampun əlavə edin, köpükləndirin və paltarı çox ehtiyatla yuyun. Yun paltar yığılmasın deyə, onu ilıq suda yuyurlar və suya çəkirlər, heç vaxt islatmırlar və burub sıxmırlar. Yuyulmuş yun paltarı ehtiyatla vannanın qırağına qoyun ki, suyu axıb getsin, sonra isə qurudun.


Paltarı suya çəkəndə suya sirkə əlavə edin ki, paltar yumşaq olsun.
Axırıncı dəfə yaxaladıqda yun yığılmasın deyə, xüsusi kondisionerlər əlavə edin. Rəngi çıxan yun paltarı yuduqda ilıq suya bir qədər duz və sirkə tökün.
Müasir paltaryuyan maşınlarda yun üçün də xüsusi rejim nəzərdə tutulub, lakin bahalı yun paltarları əllə yusanız daha yaxşı olar. Yun paltarları paltaryuyan maşınında yuduqda nəzakətli (деликатный) rejim qoyun, paltarı isə xüsusi torbaya qoyub yuyun.


Qurutma zamanı yun paltar öz formasını itirə bilər. Bu səbəbdən onu asılmış halda qurutmayın. stola polietilen sərin, üzərinə məhraba qoyun və üzərinə yuyulmuş yun paltarınızı astar üzünə sərin. Yun paltarları kölgədə qurudurlar.


Yun paltarları və s. əşyaları gün şualarının altında qurutmaq qadağandır. Lakin onlara təmiz hava lazımdır, odur ki, qarderobunuzun havasını müntəzəm dəyişin.
Geyinilmə zamanı yun paltarın üzərində büküşlər əmələ gəlibsə, vannaya qaynar su doldurun və paltarı onun üzərində asın. Buxar bütün büküşləri açacaq. Bu üsulla həmçinin yun paltarları pis qoxulardan azad etmək olar.
Yun paltarları üzərinə nəm əski qoyub ütüləyirlər.

17 noyabr 2020
GO BACK