Gödəkçələrin yuyulması kifayət qədər mürəkkəb işdir.
Bəzi vacib qaydalara əməl etmədikdə siz gödəkçəni korlaya bilərsiniz. Nəzərinizə çatdıraq ki, gödəkçələri tez-tez yumaq olmaz. Bu halda parçanın üzərində olan qoruyucu qat zədələnir.
Hər bir paltarın üstündə xüsusi yarlıq var. Bu yarlığa fikir verin. Birinci növbədə ona diqqət yetirmək lazımdır ki, bu əşyanı yumaq olar, ya yox. Əgər yumağı qadağan edən işarə yoxdursa, gödəkçəni paltaryuyan maşında yuya bilərsiniz. Bəzən gödəkçələrdə əllə yuma işarəsi olur. Bu halda gödəkçəni böyük vannada bol suda, çox ehtiyatla yumaq və yaxalamaq lazımdır.
Gödəkçəni sintetik paltarlar üçün proqramda yuyuruq. Suyun temperaturu 30 C olmalıdır. Həmçinin əlavə yaxalama rejimindən istifadə edin.
Yuduqdan əvvəl gödəkçənin bütün ciblərini boşaldırıq, zamoklarını bağlayırıq, gödəkçəni tərs üzünə çeviririk. Gödəkçəni deformasiyadan qorumaq üçün onu xüsusi torşəkilli torbaya qoyuruq və maşına yerləşdiririk.
Əgər gödəkçənin yarlığının üzərində sıxmanı qadağan edən işarə varsa, sıxma rejimini söndürün və gödəkçəni böyük vannaya qoyub əllə çox ehtiyatla sıxın (burmaq olmaz!).
Gödəkçə ilə birlikdə digər paltarları yumaq olmaz.
Gödəkçənin yuyulması üçün maye şəklində olan yuyucu vasitələrdən istifadə edin.
Yuduqdan sonra gödəkçəni əvvəl dəsmalın üzərinə qoyub açıq havada qurudun. Gödəkçə bir qədər quruduqdan sonra onu paltarasana asıb, açıq havada yaxşı qurudun. Yaş göbəkçələri sobaların yanında qurutmaq olmaz.