Çaydan çox tez-tez istifadə edildiyi üçün, mətbəximizdə ən çox çirklənən mətbəx əşyalarındandır.
Daim göz önündə olması isə xanımların çaydan təmizliyinə daha çox diqqət göstərmələrinə səbəb olur.
Çaydan təmizliyi üçün hər kəsin öncə yönəldiyi marketlərdə satılan hazır məhsullardır. Bu məhsullar olduqca təsirli olsalar da, kimyəvi xüsusiyyətləri olduğu üçün təhlükəlidir.
Sirkə ilə çaydan təmizliyi
1 stəkan alma sirkəsini çaydanın içərisinə töküb 15-20 dəqiqə qaynadın. Sonra çaydanı bol su ilə yuyun. Bu üsul sayəsində çaydanı içindəki ərpdən təmizləyəcəksiniz.
Yumurta və kartof qabığı ilə təmizlik
Çaydanın içinə 1-2 stəkan su əlavə edin və içinə yumurta qabığı ilə kartof qabığı əlavə edib yaxşıca qaynadın. Yaxşıca yuyub, bütün ərpin təmizləndiyini görəcəksiniz