Qadin.NET / Çətin ləkələri təmizləmək üçün 8 sadə üsul

Çətin ləkələri təmizləmək üçün 8 sadə üsul

Çətin çıxan ləkələr qadınları narahat edən başlıca problemlərdən biridir. Təqdim edilən bu üsullarla ləkələrdən asanlıqla yaxa qurtara biləcəksiniz.

Buz
Şam ləkələrindən və yapışmış saqqızdan buz kubları ilə onları donduraraq yaxa qurtara bilərsiniz. Eyni şəkildə ləkəli paltarı soyuducuya qoyaraq da bu ləkələrin donaraq itməsinə şərait yarada bilərsiniz.

Diş fırçası
Diş fırçaları vəziyyətlərinə görə fərqli məqsədlərlə istifadə oluna bilər. Köhnə diş fırçaları əl çatmayan yerlərdə yaranan kifləri qaşımaq üçün idealdır. Həmçinin istifadə etmədiyiniz diş fırçası ilə yağ ləkələrini də ovalaya bilərsiniz.

Rezin əlcək


Bu tip əlcəklər adətən təmizlik edərkən əlləri qorumaq məqsədi ilə taxılır. Amma rezin əlcəklərlə divan və kreslolarınızda yığılıb qalan heyvan tüklərini və tozları təmizləyə bilərsiniz. Bunun üçün əlcəkləri əlinizə taxın və həmin tükləri, tozları əlinizlə süpürün. Əlcəyə yapışan tüklərdən və tozdan onu suya salaraq qurtula bilərsiniz.

Qulaq çöpləri
Kompüterinizin klaviaturasının aralarını və bu kimi nazik yerlərdə yığılan yağ və toz ləkələrini qulaq çöpləri vasitəsilə təmizləyə bilərsiniz.

Kağız dəsmal
Maye ləkələri əmərək təmizləyən kağız dəsmal şam ləkələrini təmizləməkdə də sizə kömək edər. Bunun üçün kağız dəsmalı ləkənin üzərinə sərin. Azacıq qızdırılmış ütü ilə üzərinə yavaşca basın. Parçadakı şam kağız dəsmal tərəfindən əmiləcək.

Korşalmış bıçaq
Korşalmış bıçaqla sərt yerlərdəki ləkələri qaşıya bilərsiniz.

Aseton
Səhvən paltarınıza damcılayan dırnaq boyasını aseton ilə təmizləyə bilərsiniz.

Mineral su
Qırmızı şərab kimi incə piqmentli ləkələri çıxarmaq üçün təsirli olan mineral suyu ləkənin üzərinə töküb, yarım saat saxlayaraq mükəmməl nəticəyə nail ola bilərsiniz

27 oktyabr 2020
GO BACK