Bir çox qadınlar bu problemlə üzləşir. Lakin duzlu yeməyi xilas etmək mümkündür. Bunun bir neçə yolu var.
1. Şorba duzlu çıxıbsa, kartof əlavə edin. Kartof artıq duzu özünə çəkəcək. Həmçinin şorba bir az makaron, düyü, hər ya hansı yarmanı əlavə etmək olar.
2. Göbələk duzlu çıxıbsa, xama, un, düyü əlavə etməklə yeməyin dadını yaxşılaşdıra bilərsiniz.
3. Kotlet üçün farşa çox duz vurmusunuzsa, ona bir az bişmiş düyü, kartof püresi, ətçəkən maşınından keçirilmiş kök və ya kabaçok əlavə edə bilərsiniz. Bu əlavələr kotletlərin dadını daha yaxşı edəcəklər.
4. Kotlet və ya qızardılmış ət duzlu çıxıbsa, qarnirə daha az duz vurun.
5. Sous və ya şorba duzlu çıxıbsa, ona bir az bulyon əlavə etmək olar. Lakin su tökməyin, yeməyin dadı pisləşəcək.
6. Makaron çox duzlu çıxıbsa, əlavə bir az makaron bişirin (duz vurmayın) və əlavə edin.
7. Plov üçün düyü çox duzlu çıxıbsa, düyünü suyun altında yaxşı yuyun və ya ayrıca bir az duzsuz düyü bişirib əlavə edin.