Qadin.NET / Plastik paketlərin əvəzinə istifadə edə biləcəyiniz alternativlər

Plastik paketlərin əvəzinə istifadə edə biləcəyiniz alternativlər

1. Parça çantalar

Həm əlverişli, həm də uzunmüddətli bir seçimlə siyahımıza başlayaq! Parça çantalar təbiət üçün çox faydalıdır. Gündəlik həyatda seçə biləcəyiniz parça çantaları rahatlıqla bazarlarda istifadə edə bilərsiniz.

2. Səbətli çantalar

Plastik torbaların bu qədər yayılmasından əvvəl hər evdə bir tor torba olduğunu bilirdinizmi? Meyvə və tərəvəz alış-verişi üçün ideal olan tor torbaları çox sərfəli qiymətlərlə almaq olar və ya özünüz evdə toxuya bilərsiniz.

3. Təkərli çantalar

Siyahımızı analarımız üçün əvəzolunmaz olan təkərli bazar çantaları ilə davam etdirək! Bir neçə çanta daşımaq yerinə bir bazar çantası istifadə etmək həm praktik, həm də iqtisadi cəhətdən faydalı olacaqdır.

4. Kağız torbalar

Plastik torbaların yaratdığı çirklənməni dayandırmaq istəyirsinizsə, sizi kağız torbalardan istifadə etməyə dəvət edirik! Meyvə və tərəvəz alış-verişində əvəzedilməz olan kağız torbalar sayəsində aldığınız məhsulları çox uzun müddət saxlaya bilərsiniz.

5. Kürək çantaları

Gündəlik həyatda tez-tez istifadə etdiyimiz kürək çantaları, alış-verişin də ən böyük dəstəkçinizdir! Bazar arabaları kimi böyük alış-veriş üçün əvəzolunmaz olan çantalar həm iqtisadi, həm də çox praktik bir seçimdir.

14 sentyabr 2020
GO BACK