İsti havalarda necə yatmalı
Havanın istiliyi nə qədər artsa da, yaxşı gecə yuxuya getməni asanlaşdıracaq üsullar var.
İstilik artdıqca pəncərələri, jaluzlət və pərdələri örtərək gün ərzində isti havanı yataq otağından uzaq saxlayın. Yataq otağının istiliyi 19-20,5 dərəcə olmalıdır. Bu temeperatur istiliyə ehtiyacı olan körpələrə görə dəyişir.
Sərin meh
Havanın sərin olduğu axşamlar, yatmadan əvvəl otağa təmiz hava girməsi üçün pəncərələri açın. Otağın qapısını açaraq da evdəki hava axınını artıra bilərsiniz.
Yerə daha yaxın olun
Yatarkən yerə çox yaxın olmaq, xüsusilə, isti havalarda yuxuya rahat getməyə kömək edir. Döşəmə daha sərin olur.
Nə geyindiyinizə diqqət
Bədən istiliyini artıran sintetik geyimlərdən uzaq olun. Lifli, pambıq gecəliklərə üstünlük verin.