Qadin.NET / İnstaqramda reklamdan nə qədər qazanırlar?

İnstaqramda reklamdan nə qədər qazanırlar?


Müğənnilər, aktyorlar, sosial şəbəkə fenomenləri koronavirus infeksiyası ərəfəsində maddi ziyana düşənlər sırasına daxil olublar. Onlar təxirə düşən konsertləri, çəkilişləri və dəvətlərinə görə milyonlar itiriblər.
Türkiyə mediası tanınmış sənət adamlarının karantin günlərində haradan qazandıqlarını araşdırdıq. İndi onlar daha çox İnstaqram səhifələri hesabına qazanmağa çalışırlar.

Milyonlarla izləyiciləri olan məşhurların yeni qazanc mənbəyi olan İnstaqramda bir paylaşım üçün tələb etdikləri məbləğ dodaq uçuqladır. Onlar bir paylaşım üçün nə qədər məbləğ istəyirlər?
Aktrisalığı və rejissor Onur Ünlü ilə yaşadığı eşqlə gündəmə gələn Hazar Ergüçlü bir paylaşıma 50 min lirə (təxminən 12 min manat), hekayə bölümü üçün isə 30 min lirə (təxminən 7 min manat) tələb edir.
Son vaxtların ən məşhur simalarından olan aktyor Enis Arıkan, aparıcı Burcu Esmersoy hekayə üçün 30, səhifə üçün 50 min lirə istəyir.
Aktrisa Doğa Rutkay hekayə üçün 20 (təxminən 5 min manat), səhifə üçün isə 30 min lirə istəyir.
Melikşah Altuntaş ilə etdiyi "Mücbir Sebepler" adlı proqramla daha da məşhurlaşan Bartu Küçükçağlayan İnstaqram canlı yayımda məhsul yerləşdirməkdən 50-100 min lirə qazanır.
Hər paylaşımı qalmaqal olan aparıcı Acun Ilıcalının keçmiş arvadı Şeyma Subaşı isə 3 milyon izləyici olan səhifəsində reklamı hekayədə 50, səhifədə isə 75 min lirəyə (18 min manat) edir.
Aktrisa İrem Sak hekayə üçün 15 (3700 manat), paylaşım üçün 25 min lirə (6200 manat), model Çağla Şıkel isə "Youtube" səhifəsində reklam üçün 40 min lirə (10 min manat) istəyir. bin TL ücret alıyor.
"Zalim İstanbul" serialı ilə məşhurlaşan Bahar Şahin isə hekayə üçün 20, səhifə üçün isə 30 min lirə tələb edir.

axşam.az
10 iyun 2020
GO BACK