Geyimləri tərs çevirBu üsul, xüsusilə, rəngli şalvarların solmasının qarşısını alır. Eyni zaman tərs çevirmə üsulu ilə rəngini qoruduğunuz şalvarın rəngi digər paltarlara keçməyəcək.
Düzgün yuyucu tozu istifadə edin
Parlaq rəngli geyimlər zamanla rəngini itirməkdən deyil, başqa geyimlərin rənginin onlara keçməsindən qaynaqlanır. Bunun qarşısını almaq üçün rəng qoruyucu yuyucu tozundan istifadə edin.
Geyimləri duzlu suda saxlayın
Pambıqlı paltarları ilk yumadan əvvəl duz əlavə etdiyiniz ilıq suya batırın. Bu boyanın solmasına mane olacaq.