1. Evi təmiz saxlayın
Siqareti atmağa qərar verdikdən sonra evin hər yerini yaxşıca təmizləyin, bütün paltarlarınızı yuyun. Beləliklə, siqaretlə mübarizədə bir addım qabağa keçmiş olacaqsınız. Çünki üstünə siqaret qoxusu hopmuş əşyalar sizə siqareti xatırladacaq.
2. Siqareti xatırladan bütün əşyaları atın
Bütün külqabıları və yandıranları evdə saxlamaq, siqareti atmağınıza mane olacaq. Bütün əşyalardan xilas olaraq siqareti daha az xatırlayacaqsınız.
3. İdmana başlayın
Qaçmaq, velosiped sürmək və ya fitness məşqləri sizə siqareti atmaqda kömək edəcək. Fiziki hərəkətə diqqət cəmlədikdə, siqareti daha az xatırlayacaqsınız. Enerjili həyat siqaretin vurduğu ziyanı da aradan qaldıracaq.
4. Yeni hobbi tapın
Zövq alacağınız hobbi kəşf edin. Rəsm, seramika, bağbanlınlıq kimi fəaliyyətlər zehnizi və bədənizi məşğul edərək siqaret içmə arzunuzu azaldacaq. Siqaret çəkmədiyinizə görə dad və qoxuları daha rahat hiss edəcəksiniz.