Qadin.NET / 30 dəqiqədə ev təmizliyi

30 dəqiqədə ev təmizliyi

Qaynananız zəng vurdu və bir rəfiqəsi ilə bərabər sizdə çay içmək üçün yolda olduqlarını söylədi! Eviniz dağınıq və təmiz deyil! Nə etməlisiniz? Sizə yarım saatdan daha qısa bir zamanda evinizi "təmizmiş" kimi göstərəcək ipucları:


 1. Dağınıqlığı toplayın (Vaxt: 4 dəqiqə)

      Sürətli bir şəkildə keçdiyiniz bütün otaqlardan ətrafda olan dağınıqlığı yığın. Onları öz yerlərinə qoymağı ağılınızdan belə keçirməyin! Boş bir şkafın içinə yığın. Ətrafda olmaması lazım olan bəzi şeylər bunlardır:


      • Kataloqlar və qəzetlər


      • Ev heyvanınızın oyuncaqları


      • Çantalar və ayaqqabılar


      • İdman vəsaitləri


      • DVD-lər


      • Uşağının oyuncaqları

     

 

     2. Sil (Vaxt: 10 dəqiqə)

      • Təmizlik əlcəklərinizi geyinin və bütün təmizlik vəsaitlərini bir qaba yığıb getdiyiniz hər yerə yanınızda asanca daşıyın:


      • Bütün səthlər üçün uyğun olan sprey təmizləyicini mmətbəxinizin piştaxtasına püskürdün və bir kağız dəsmal köməyiylə silin.


      • Şüşə təmizləyici köməyiylə paslanmayan poladdan olan kiçik ev eşyalarınızdan barmaq izlərinizi yox edin.


      • Yemək masasını, bufetin üstünü nəmli bir bez köməyiylə silin. (Yalnız tozları alırsınız əsla çox məşğul olub vaxt itirməyin)


      • Hamam əlüzyuyanını, tualet qapağını çox məqsədli dizenfeksiyaedici püskürdərək bir dəfə silin.


      • Duş kabinasının ya da vannanın yalnız xarici qisimini də eyni spreylə silin və mütləq duş kabinasının qapısını, ya da duş pərdəsini bağlı saxlayın.


      • Bir şüşə təmizləyici və bir parça qəzet kağızı ilə şüşələri silin


      • Bir dezinfeksiya edicini tualetinizin içinə püskürdün və tualet fırçasıyla sürətli dağıdıb sifonu çəkin.


 

 

      3. Toz alın (Vaxt: 5 dəqiqə)

      •Televizoru, musiqi dəstini, divardakı çərçivələri və böyük bəzək əşyalarını tüklü bir toz alıcı köməyiylə sürətli bir şəkildə təmizləyin.

     4. Boşalt (Vaxt: 2 dəqiqə)

      Mətbəxdə çirkli qablar varsa tez qabyuyan maşınına doldurun. Zibili çölə qoyun.

      5. Yerləşdir (Vaxt: 4 dəqiqə)

 

 

      • Təmiz əl və üz dəsmallarını asın, yeni bir əl sabunu çıxarın. Otaq spreyini sıxın.


      • Çox stul varsa salondan çıxardıb bir otağa qoyaraq qapını bağlayın.


      • Əgər masa örtüyü ləkəlidirsə, yenisini sərin. Əgər yeni və təmizi yoxsa tərsinə çevirin.


      • Salfet qabını doldurun.

      6. Görkəm (Vaxt: 4 dəqiqə)

      • Qonaq üçün aldığınız fincanları çıxarın, ləkəli olub-olmadıqlarına nəzarət edin.


      • Meyvə varsa, qəşəng bir vaza meyvələri doldurub ortaya qoyun.


      • İşıqları azaldın, ya da qoxulu şam yandırın.


      • Üzünüzdə təbəssüm dolu ifadə yaradıb qonağınızı qəbul edin. 

 


5 dekabr 2011
GO BACK