Qadin.NET / Sabunla həll edə biləcəyiniz problemlər

Sabunla həll edə biləcəyiniz problemlər

 

1. Ayaqqabılarınızdakı pis qoxunu yox etməyə kömək edir

Ən sevdiyiniz ayaqqabınızın qoxusundan şikayətlənirsinizsə, ayaqqabınızın içinə 1 gecə quru sabun qoyun. Səhər sabunu götürə bilərsiniz. Bunu həftədə 2-3 dəfə edə bilərsiniz. 

 

Sabunla həll edə biləcəyiniz problemlər

 

 

2. Ağcaqanadların yaratdığı qızartıları sakitləşdirir

Yay aylarında qaçılmaz problem olan ağcaqanadların dəridə yaratdığı qızartıları azaltmaq üçün biraz nəmləndirimiş sabundan isifadə edin. Qulağa qəribə gəlsə də, ağcaqanad dişləyən yerə biraz nəmləndirilmiş sabunu sürtdükdə qısa müddətə qaşıntı gedəcək və dəriniz sakitləşəcək.

Sabunla həll edə biləcəyiniz problemlər

 

3. Çirklənən dırnaqları sabunla təmizləyin

Uzun dırnaqlara dolan torpağı və çirki təmizləmək istəyirsinizsə, sabun istifadə edə bilərsiniz. Əvvəlcə islatdığınız sabunu dırnaqlarınıza çəkin. Çirkin tez çıxmasına kömək edəcək.

Sabunla həll edə biləcəyiniz problemlər

 

13 aprel 2020
GO BACK