Qadin.NET / 20 saat ərzində praktik iş görmək

20 saat ərzində praktik iş görmək

 

 Bir insan mütəxəssis olmaq üçün nə qədər zaman sərf etməlidirmi? Peşəkar insanlara tamaşa edin. Onlar bu səviyyəyə necə gəlib yetişiblər? Bəzən bizə deyirlər ki, filankəs yatdı yuxuda filan şey gördü, ayıldı gördü alimdir. Və ya getdi hansısa bir ziyarətgaha filan namazı qıldı və gördü ki, o fizika üzrə mütəxəssisdir. Bizlər də sərgərdan qalırıq. Elmi kitablardan daha çox dini dükanlara üz tutur, "ismi-əzəm" duası axtarırıq ki, oxuyub "əllamə" olaq. Və ya pir-ziyarətgahlara gedirik ki, hansısa xarici universitetə daxil olmaq üçün yalvarıb-yaxaraq, səhər bizi imtahansız-zadsız universitetə qəbul etsinlər. Belə bir şeyin həyata keçməsini ədalət hesab edirsinizmi? Yəni Allah o qədər ədalətsizdir ki, bir namaz qılmaqla sizi, layiq olmadığınız yerə ezam etsin?

20 saat ərzində praktik iş görmək

Cof Kaufman adlı bir mütəxəssis var, gözəl bir fikir söyləyib. Onun fikrini və bu üsulu sizlərlə, şəxsi mülahizələrimlə yanaşı, xülasə şəkldə bölüşmək istəyirəm. Ümumiyyətlə, bir işdə püxtələşmək üçün bizə 20 saat vaxt lazımdır. İyirmi saat? Bəli. Axı camaat bu yolu 10.000 saata gedir. Gəlin, bu 20 saata gedə biləcək yolumuzu müəyyənləşdirərək. Deməli, aşağıdakılara riayət edək:

 

1. Bacarığı analiz etmək. Düşünüb-daşınmaq lazımdır ki. siz bu bacarığı nə üçün əldə etmək istəyirsiniz. Bu sizə nə verəcək? Həvəsdir, yoxsa həqiqi istəkdir.

 

2. Özünü düzəltmək üçün kifayət qədər məlumat əldə etmək. Əldə etmək istədiyiniz bacarıq üçün məlumat əldə etməyə çalışın. Bu, hər nə desəniz ola bilər: DVD, kitab, internet resursları və s. Amma bunlardan tələm-tələsik istifadə etməyə çalışmayın və məbada praktikanın özünü kənara qoyasız. Bir kitab əsasında praktika aparmaq keyfiyyətlidir, ya 20 kitab əsasında? Bütün bu məlumatları toplayıb analiz etdikdən sonra hərəkət etmək lazımdır.

20 saat ərzində praktik iş görmək

3. Praktikanız üçün sizə əngəl törədən şeyləri rədd etmək. Əgər kompyüter sizə mane olursa, söndürün. Televizor mane olursa, yığışdırın. Səs-küy mane olursa, səssiz yerə keçin və s.

 

4. Ən azı 20 saat ərzində praktik iş görmək. Bizim birinci addım atmamızı əngəlləyən kompleks axmaq görünmə ehtimalıdır. İyirmi saat praktiki əməl bizi bu maneəni aşıb keçməkdə yardımçı olur.

 

Bəli, cəmi dörd qısa mərhələ. Ümidvaram ki, faydalı olacaq.

 

Fərid Abdullah

 

3 aprel 2020
GO BACK