1. Köynəyin yaxası düzləşmirsə...
Ütü bir çox insanın vaxtını alan prossesdir. Xüsusilə, köynək ütüləmək yorucu prosses ola bilir. Köynək yaxasını düzləşdirmək üçün saç düzləşdirən fendən istifadə edə bilərsiniz. Bu sizə vaxt qazandıracaq.
2. Ayaqqabılardakı pis qoxu
Ayaqqabılardakı xoşagəlməz qoxunu aradan qaldırmaq üçün sodadan istifadə edə bilərsiniz. 1 çay qaşığı sodanın ayaqqabın içinə tökün. İçinə yayılması üçün silkələyin. Bu halda bir neçə saat və ya gecə ərzində saxlaya bilərsiniz. Gözləmə müddəti bitdikdən sonra içindəki sodanı boşaldıb rahatlıqla geyinə bilərsiniz.
3. Düymələr üçün diş sapı
Paltarların düymələri geyinildikcə və yuyulduqda düşür. Bunun qarşısını almaq üçün diş ipi istifadə edə bilərsiniz. Düyməni diş ipi ilə tikin. Diş ipi asanlıqla aşınmır, beləliklə, düymələrin qarşısını almış olacaqsınız.
4. Paltarları paltaryuyana atmadan əvvəl
Bir çoxu paltarı çıxardığı kimi paltaryuyana atır. Bu paltarların zəncirbəndinin və düymlərinin zədələnməsinə səbəb olur. Bunun qarşısını almaq üçün paltaryuyana atmadan əvvəl zəncirbəndi və düymələri bağlayın.