Psixoloq Aleksis Kastori ayıldıqdan 5-10 dəqiqə sonra beyin üçün aşağıdakı məşğələni yerinə yetirməyi məsləhət bilir:
1. Yüzdən birə qədər cəld saymaq (ucadan və açıq gözlə. Bundan sonrakı məşğələləri də eyni şəkildə yerinə yetirmək lazımdır).
2. Əlifbanı tələffüz etmək, hər bir hərif üçün bir söz düşünüb tapmaq (a – alma, b – böcək və s.) Bacardığınız qədər tez. Əgər hansısa bir hərifin üstündə 30 saniyə dayandınızsa, üzərindən keçin.
3. İyirmi kişi adı çəkmək və hər birinə nömrə vermək.
4. İyirmi qadın adı
5. İyirmi qida məhsulu
6. Əlifbanın seçilmiş bir hərfi ilə başlayan iyirmi söz sadalamaq və hər birinə nömrə vermək.
7. Əlifbanın bir hərfini seçmək və iyirmi söz tələffüz etmək. Gözləri yummaq, iyirmiyə qədər saymaq və gözləri yenidən açmaq.
Fərid Abdullah