Duz
Süfrə və ya dəniz duzu, illərlə heç xarab olmadan ilk halını qoruyub saxlaya bilir. Sərin və quru yerdə saxladıqda uzun müddət istifadə edə bilərsiniz.
Düyü
Düyünü uzun illər saxlamaq olur. Paketdən çıxarıb böcək yumurtası olub-olmadığını gözdən keçirib soyuducuda paketində saxlaya bilərsiniz.
Lobyalar
Lobyalar quru olduğu üçün, üstlərində bakteriya və kif yaşamır. Hava keçirməyən yerdə uzun illər saxlaya bilərsiniz.
Şəkər
Qəhvəyi və ağ şəkər, pudra şəkəri.. Şəkərin bütün növləri xarab olmadan uzun illər mühafizə edilə bilir. Hava almayan paketlərdə saxlaya bilərsiniz.
Zeytun
Zeytun 3 il xarab olmur. Şüşə bankada saxlaya bilərsiniz.