Qatı makiyaj üçün üzünüzü soyuq suda saxlayın
Koreya gözəllik üsullarından biri olan soyuq su üsuludur, dərinizi gözəlləşdirir və edəcəyiniz makiyajın qatılaşmasına kömək edir. Bunun üçün sadəcə 20-30 saniyə boyunca soyuq suda saxlamağınız kifayətdir.
Ayaq qoxusu üçün sirkə və su
Əgər ayaqlarınız tərləyirsə, bu müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün 1 ölçü sirkəyə 2 ölçü su əlavə edərək qarışımı hazırlayın. Ayaqlarınızı suda 15-20 dəqiqə saxlayın.
Yanıq izləri üçün karbonat
Bədəninizin müxtəlif yerlərində günəş yanıqları varsa, karbonatı su ilə qarışdırın və və yanıq olan yerə çəkin.
Şişən saçlar üçün kətan toxumu
Saçlarınızın şişir və elektriklənirsə, kətan toxumundan istifadə edin. Yarım stəkan kətan toxumunu 1 stəkan su ilə birlikdə bişirin, 10 dəqiqə sonra hazırlandığınız bu qarışımın rəngi tündləşməyə başlayacaq. Yaxşıca bişən geli vanna qəbul etdikdən sonra saçlarınıza çəkin. Bu sayədə elektriklənən saçlardan da xilas ola bilərsiniz.
Əzələ ağrıları üçün zəncəfil
İdmanla məşğul olduqdan sonra dözülməz əzələ ağrıları yaranır. Təzə zəncəfili kiçik hissələrə bölün və qaynadın. Zəncəlif çayını için.
Saralan dırnaq üçün kəklikotu yağı
Saralan dırnaqlarınızı ağartmaq üçün təbii üsul axtarırsınızsa, pambığa kəklikotu yağına batırın və nizamlı şəkildə dırnaqlarınıza çəkin.