Qadin.NET / Kompüterin zərərlərindən qorunmağın yolları

Kompüterin zərərlərindən qorunmağın yolları

 

 Kompüterin zərərlərindən qorunmağın yolları
 

 

 

Çoxumuz həyatımızı kompütersiz təsəvvür edə bilmirik.Necə deyərlər,çörək ağacı,ünsiyyət və asudə vaxtı keçirmək üçün ən yaxşı vasitədir.Bildiyimiz kimi,kompüterin elektromaqnit şüalanması var ki,bundan da tam mühafizə olunmaq mümkün deyil.Mütəxəssizlərə görə,kompüter nəinki yorğunluğa və görmənin zəifləməsinə səbəb olur,hətta allergiya və xərçəng xəstəliklərinə,sonsuzluğa da gətirib çıxara bilir.Ona görə də elektromaqnit dalğasının mənfi təsirini kompüterin yerləşdiyi mühitin aurasını korreksiya etməklə neytrallaşdırmaq olar.

Asanlıqla tətbiq edə biləcəyiniz bu cür korreksiya üsullarından bir neçəsini təqdim edirik:

1.Bir ovuc qırmızı gil götürün və diametri 3-5 sm olan üç ədəd diyircək düzəldin:Diyircəyin birini klaviatura ilə monitorun arasına,yerdə qalan ikisini pəncərənin qabağına qoyun ki,onlara günəş şüası düşsün.Bir həftədən sonra diyircəklərin yerini dəyişin.Mühafizəedici xüsusiyyəti bərpa olunmaq üçün hər diyircək günəş qarşısında iki həftə “yüklənməlidir”.

Kompüterin zərərlərindən qorunmağın yolları

 


2.Diametri 2 sm olan kanifolu (iynəyarpaqlı ağacların şirəsindən hazırlanmış qatran ) monitorun qarşısına qoyun:Ayda bir dəfə kanifolu təzələyin.

 

 

Kompüterin zərərlərindən qorunmağın yolları
3.Kompüterə yaxın bir yerdə içərisində balıq olan akvarium yerləşdirin:Akvariumun sakinləri arasında mütləq qızıl balıq da olmalıdır.

 

4.Kompüterinizin yanına mütləq bitki dibçələri qoyun:kompüterin qarşısında kaktusun olması daha yaxşıdlr,ama beqoniya (alabəzək yarpaqları olan bitki ) daha çox fayda verə bilər.

 

5.Monitorun arxa hissəsinə balaca dördbucaqlı piramida yerləşdirn:Onu özünüz də hazırlaya bilərsiniz.Bunun üçün karton və ya digər dielektrik materialdan uzunluğu 10,eni 24 sm ölçüdə dörd ədəd üçbucaq kəsin.Sonra onları bir-birinə skoç və yapışqanla yapışdırın.Metal iynələrdən istifadə etməyin.Oxşar piramidani mağazalarda da tapmaq olar.Piramida qoyanda onun bir hissəsi şimala baxmalıdır.

 

 

Kompüterin zərərlərindən qorunmağın yolları

 

 

Hamiləlik və kompüter

Kompüterin şüasının zərəri haqqında indi çox danışılır.Nəzərə alsaq ki,inkişaf etmiş ölkələr bu texnikadan hələ XX əsrin 60-70-ci illərindən istifadə edir və ən son modellərdən də məhz qərblilər ( həm işdə,həm evdə ) yararlanır,hələ ki,bəşər övladında sırf kompüterə görə dəhşətli xəstəlik tapılmayıb,onda deyilənləri bir o qədər faciələşdirməyə dəyməz.Dünyada minlərlə insan,hamilə qadın ev və iş yerində kompüterdən istifadə edir.Yer üzündə hər şey kompüterləşdirilib.Bəşər övladının nəsli isə davam edir...Amma yenə də bu o demək deyil ki,səhərdən axşama kimi kompüter qarşısında oturmaq lazımdır.1 saat kompüter qarşısında oturulubsaç15 dəq. Fasilə verilməlidir.

 

 
16 noyabr 2011
GO BACK