Qadin.NET / Mətbəxdə təmizləməyi unutduğunuz yerlər

Mətbəxdə təmizləməyi unutduğunuz yerlər

 

 

Mətbəx təmizliyi bir çox insanı qorxudan, qorxduğu üçün də yenə bir çox insan tərəfindən uzun müddət sonraya saxlanılan ev işidir. Sizlərə mətbəxdə təmizləməyi unutduğumuz 5 yeri təqdim edirik:

 

Paltaryuyan maşın

 

Mətbəxdə təmizləməyi unutduğunuz yerlər

 

Paltaryuyan maşın nizamlı şəkildə təmizlənməlidir. İlk olaraq tük filtrəsini təmizləyin, sonra tozsoran ilə altında və divar arasında yığılmış toz, tük və artıqları təmizləyin. Qalan tozlar üçün nəmli dəsmaldan istifadə edin. Maşının xaricini və qapağını nəmli dəsmal ilə silin.

 

Soyuducu

 

Mətbəxdə təmizləməyi unutduğunuz yerlər

 

Soyuducuda yığılan çirk, toz sağlamlığınıza mənfi təsir göstərir. Bunun üçün soyuducunuzu tez-tez təmizləyin. Buz olan hissəsini də təmizləməyi unutmayın.

 

Qabyuyan maşın

 

Mətbəxdə təmizləməyi unutduğunuz yerlər

 

Bir çox qabyuyan maşında sökülüb təmizlənən və istifadəsi uzun olmayan bir filtrə var. Bu filtrəni təmizləmək üçün boş halda maşını bir dəfə işlədin.

 

Sobadakı yağ təbəqəsi

 

Mətbəxdə təmizləməyi unutduğunuz yerlər

 

Sobanın dəmirlərini çıxardın. Bəzi soba dəmirləri qabyuyan maşında yuyula bilir. Süngərlə də sobanın içini təmizəyə bilərsiniz. Süngər sobaya zərər verməyəcək.

 

Aspirator və filtrləri

 

Mətbəxdə təmizləməyi unutduğunuz yerlər

 

Bişirdiyimiz yeməyin yağı buxar ilə aspiratorun filtirlərinə dolur. Bunun üçün ilıq su və yumşaq bir təmizləyici vasitə ilə filtrləri təmizləyə bilərsiniz. Mütləq şəkildə 6 aydan bir filtrləri dəyişdirməyi unutmayın.

17 fevral 2020
GO BACK