Qadin.NET / Faydalı məsləhətlər

Faydalı məsləhətlər

Faydalı məsləhətlər


• Sobaya hopmuş pis yemək qoxuları yox etmək üçün əvvəl sobanızın ortasına yarısı sirkə yarısı su ilə doldurulmuş bir tava qoyun. Sobanızı bir neçə dəqiqə üçün istilədin daha sonra soyumağa buraxın.

• Köynəyin yaxasindaki çirkləri yox etmək üçün, köynəyi maşına atmadan əvvəl yaxa qisiminə sabun sürtüb 15 dəqiqə gözləyin. Daha sonra maşinda yuyun.

• Əllərdəki soğan və sarımsaq qoxularından xilas olmaq üçün ən yaxşi üsul əlləri qaynadilmiş kartofla ovmaqdır.

• Ütüdən saralan paltar dərhal oksigenli su ilə silinsə saralan yerlər itər.

• Soyuducudaki nəmi götürmək üçün soyuducunun içərisinə duz dolu bir qab qoyulur.

• Bişirdiyiniz keks qəlibindən çıxmırsa qabın altına yaş bir bez qoyaraq bir az gözlədin

• Konserva açıldıqdan sonra şüşə qabda saxlansa daha uzunömürlü olar.

• Paltarlardaki pas ləkəsini təmizləmək üçün ləkənin üzərinə bər neçə damci limon sixib ütüləyin

• Ayaqqabılarınız ayağınızı sıxırsa: Bir stəkan saf spirti ayaqqabınızın içinə tökün. Yaxşıca dərisinə yedirin və geyin. Dərisi ayağınıza görə açılacaq.

• Soğanları qızartmadan üzərlərinə bir az un səpsəniz, qovularkən qaralmazlar.

• Kartofu qaynadarkən qaynayan suyun içinə bir qaşıq marqarin qoyulsa kartoflar vitaminlərini itirməmiş olar, eyni zamanda daha tez hazir olar.

• Kəsik limonu uzun müddət saxlamaq üçün bir qaba şəkər səpib kəsik tərəfi həmin şəkərin üzərinə qoyun. İki həftə limon qurumadan qalar.

Eləcə də baxa bilərsiniz:

SALAT BƏZƏDİLMƏSİ ÜSULLARI (foto dərs)

Qidaları mühafizə etmə tövsiyələri

Keks və tortun mükəmməliyi üçün
31 may 2010
GO BACK